Baş səhifə / Dünya / Bəylə gəlin nikaha idman paltarı ilə gəldilər – FOTO+VİDEO

Bəylə gəlin nikaha idman paltarı ilə gəldilər – FOTO+VİDEO

Türkiyədə bədən tərbiyəsi müəllimi gəlin və bəy nikah mərasimində qonaqlara nikah şəkəri yerinə fit və toxum paylayıblar. Mərasimə idman paltarı ilə gələn gəlin və bəy qonaqlara çiçək əvəzinə top atıblar.

Moderator24.com xəbər verir ki, Ankarada dünya evinə girən cütlük evlilik mərasimlərinin unudulmayacaq bir xatirə olaraq xatırlanmasını istəyiblər. Cütlük xüsusi hazırladıqları ağ qolsuz köynəyin ön hissəsinə öz fotoşəkillərini, arxa hissəsinə isə nikah tarixini və soyadlarını yazdırıblar. Ayaqqabılarının ön hissəsində isə öz adları yer alıb.

Dəvətnamədə yazıldığı kimi idman paltarı geyinərək gələn qonaqlar nikahın baş tutacağı salonun girişində fit verilən zaman bir daha təəccübləniblər. Qonaqlardan bir istəklərinin olduğunu qeyd edən cütlük “Bəli” dedikləri zaman alqışlamaq əvəzinə fit çalmalarını istəyiblər.

Qonaqlar da alqış əvəzinə fit çala-çala onlara dəstək veriblər. Cütlü nikahın baş tutmasından sonra gəlin çiçəyi yerinə masada olan topları qonaqlara atıblar.

Kamran

Buna da bax...

Tramp Ərdoğanla anlaşdı

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı baş tutub. Söhbət zamanı tərəflər Suriyada daha sıx …