Baş səhifə / Dünya / Ermənistanın müdafiə naziri Amerikanın agenti çıxdı – “Voenna-politiçeskaya analitika”

Ermənistanın müdafiə naziri Amerikanın agenti çıxdı – “Voenna-politiçeskaya analitika”

Qarabağı azad etməyin tarixi şəraiti qarşımızdadır…

Ermənistanda baş verən hadisələr hələ də diqqət mərkəzindədir və maraq doğuran proseslərdən biri Rusiyanın Yerevandakı hadisələrə sanki seyrçi münasibət bəsləməsi, eyni zamanda ABŞ-ın da mövqeyinin xüsusi olaraq nəzərə çarpmaması idi.

Moderator.az “Voenna-politiçeskaya analitika” internet jurnalında hələ hadisələr təzəcə başlayanda – 16 apreldə dərc olunmuş bu yazını və redaksiyanın da mövqeyini oxucuların nəzərinə çatdırır.

“Bu yaxınlarda internet şəbəkəsində maraqlı bir informasiya oldu: əslində Amerika diplomatları Ermənistan Respublikasında nə ilə məşğuldurlar. Bir sıra jurnal və elektron saytlarda gedən materiallara inansaq respublikada həqiqi casus şəbəkəsinin uğurla fəaliyyət göstərdiyi aydın olur. Bu şəbəkənin başında ABŞ səfirinin özü – Riçard Mils dayanır. Rezidenturaya səfirliyin birinci katibi Makişa Sova (o, həm də MKİ-nin rəsmi nümayəndəsinin müavinidir), ikinci katiblər Riçard Xetç və Couz Lardizabel, ikinci katib-vitse konsul Adam Kolvin və təhlükəsizlik katibi, Makişa Sovaya yaxın olan Bredli Filpot da cəlb olunub. Bundan başqa ABŞ-ın Ermənistandakı hərbi attaşesi Bryus Merfi də kəşfiyyat işinə cəlb olunub və daha çox MKİ-nin yox, Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin xətti ilə çalışıb.

Bu strukturla ABŞ-ın Ermənistandakı səfirliyinin hərbi attaşesinin köməkçisi Coşua Malfordun birbaşa əlaqəsi var. Merfinin başqa köməkçiləri müxtəlif kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Xüsusilə, Erik Larsen təhlükənin azaldılması üzrə ABŞ agentliyinin nümayəndəsidir və Ermənistanda Amerikanın hərbi biolaboratoriyalarının kurasiyasını edir. Maykl Endryus Beşen isə hərbi çevrilişlər üzrə mütəxəssisdir. Ermənistan diplomat-kəşfiyyatçılar üçün Cənubi Qafqazda və MDB-də yeni iş yeri deyil. Filport əvvəllər Gürcüstanda, Larsen Moldovada, Ukraynada, Azərbaycanda, Beşen isə Ukraynada çalışıblar.

Amma, maraqlı olan Amerika kəşfiyyat şəbəkəsində rezidenturanın tərkibi deyil, onun Ermənistanın hakimiyyət və ictimai strukturlarına dərindən nüfuz etməsidir. ABŞ-ın agentləri içərisində çox yüksək səlahiyyətli vəzifəli şəxslər var, məsələn, müdafiə naziri Vigen Sarkisyan və fövqəladə hallar naziri David Tonoyan kimi. Ehtimal olunur ki, indiki müdafiə naziri 18 il əvvəl ABŞ-ın Massaçusets ştatında Fletçer adına hüquq və diplomatiya məktəbində oxuyarkən, fövqəladə hallar naziri NATO-da 2005-ci ildə Ermənistanın daimi nümayəndəsi kimi işləyəndə məxfi əməkdaşlığa cəlb olunub. Vigen Sarkisyanın kuratoru şəxsən səfir Riçard Mils və hərbi attaşe Merfidir. David Tonoyanın kuratoru isə hərbi attaşeliyin nümayəndəsi Larsendir.

Məlumatlara görə David Tonoyan Vigen Sarkisyanın sağ əli və onun protejesidir (himayədarı, irəli çəkəni). V.Sarkisyan respublikada Amerika biolaboratoriyalarının yaradılması layihələrinin həyata keçirilməsinə cavabdehdir.

MDB ölkələrində kütləvi şəkildə açılan bioloji laboratoriyalar tam məxfi fəaliyyətdədir. Deyilənə görə, hətta ABŞ-ın bu obyektlərinin ölkələrində fəaliyyətinə icazə verən dövlət başçıları belə bu laboratoriyaların əsl mahiyyəti haqqında məlumatlara malik deyil.

Vigen Sarkisyanla əlaqədar daha bir qəribə tarix var. Onun ölkənin müdafiə naziri təyin edilməsi 2016-cı il 4 günlük müharibənin nəticəsi olaraq baş tutub.
Yeni konstitusiya şərtlərinə görə Ermənistan parlament respublikası olaraq Serj Sarqsyanın prezidentliyi başa çatdıqdan və Armen Sarkisyanın prezidentliyi başlayandan sonra müdafi nazirinin rolu çox artıb. Yeni konstitusiyaya görə sülh dövründə Ali Baş Komandan məhz müdafiə naziri olur. Baş nazir yalnız müharibə dövründə Ali Baş komandan ola bilər.

Amerika agentləri arasında Ara Saqatelyan və Samvel Farmanyan da var. Saqatelyan Respublika Milli Məclisinin aparat rəhbərbəridir və baş katibidir. Amerikalı kuratorlar onun qarşısında erməni mətbuatı üzərində nəzarəti həyata keçirmək vəzifəsini qoyub. Farmanyan hakim Respublika partiyasının üzvü, Milli Məclisin Avropaya inteqrasiya məsələləri və Ermənistan parlamentinin AŞPA üzvləri ilə iş daimi komissiyası sədrinin müavinidir. Farmanyanın vəzifəsi ABŞ hakimiyyət elitasının xoşlamadığı Ermənistan siyasi xadimlərinin mətbuatda diskretitasiyası kampaniyasını təşkil etməkdir.
Belə KİV-lərə “ Civilnet.am”, “Lragir.am”, “1in.am”,”Sut.am”,”Aravot.am”, “Azatutyun.am”,”The Armenian Times”qəzeti aiddir, QHT arsında isə “ İnformasiyalı vətəndaşların ittifaqı”, “Asparez jurnalistlərin klubu”,” Analitik qloballaşma mərkəzi və regional əməkdaşlıq” , “Helsinki vətəndaş assambleyasının Vanadzor ofisi”, “Erməni Helsinki komitəsi”, “ Yerevan dövlət universitetinin Avropa tədqiqatları mərkəzi”,”Ermənistanın pinki”( gəmi mənasında-tərcümə) və “Ermənistan açıq cəmiyyət fondu” casus şəbəkənin tərkib hissəsidir.

Bəzi QHT və KİV-lər fəal surətdə Metsamor AES-in bağlanmasını, eynicincli nikahları və bu tipli “Avropa dəyərlərini” təbliğ etməklə məşğul olur.

ABŞ casus şəbəkəsinə yuxarıda qeyd edilən nazirlərlə yanaşı Prezident aparatının birinci müavini Aleksan Arutyunyan, Serj Sarqsyanın yeznəsi, Ermənistanın Vatikanda və Maltada səfiri Mikael Minasyan da daxildir. Sonuncu 1998-ci ildə Marşall adına təhlükəsizlik məsələlərinin öyrənilməsi Avropa mərkəzində təkmilləşmə kursu keçən zaman agent kimi cəlb olunub.

Bu gün beynəlxalq münasibətlər çox gərgindir və əsasən Qərblə Rusiya arasında faktiki müharibə gedir. Bu münasibətlər Cənubi Qafqazda da özünü bu və ya digər şəkildə göstərir və birbaşa Dağlıq Qarabağ konfliktinə təsir edir. Baş verənlər Ermənistanı “ərəb baharı” tipli qeyri-sabitliyə apara bilər.

Redaksiyadan P.S. Bu məqalə 16 apreldə yazılıb və müstəqil erməni jurnalisti adı il dərc olunsa da aydın məsələdir ki, casus şəbəkəsi haqqında professional məlumatlar hansısa jurnalistin deyil, başqa bir xüsusi xidmət orqanının, burda konkret olaraq Rusiya Federal Təhlükəsizlik Xidmətinin, Rusiya Baş Kəşfiyyat İdarəsinin, Rusiya Xarici Kəşfiyyat Xidmətinin əldə etdiyi və “Voenna – Politiçeskaya Analitika” internet jurnalına ötürdüyü informasiyadır. Bu yazıdan aydın olur ki, Rusiya Ermənistanda baş verəcək mümkün hakimiyyət çevrilişini proqnozlaşdırıb və nəzarətdə saxlaya bilib. Putinin Karen Karapetyana telefon zəngi və Xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya dəvəti göstərir ki, Rusiya üzdə sakit görünsə də əndişə keçirir və Karen Karapetyanı sonadək dəstəkləyəcək. Alınan məlumatlara görə hətta ABŞ-da Paşinyanın baş nazir olmasını tamamilə rədd edir.

Separatçı rejimin başçısı Bako Saakyan artıq beş gündür ki, həyəcanla hakimiyyət qapılarını döyür ki, “Azərbaycan qəflətən hücuma keçsə əhali qaçacaq”. 1993-cü ildə Azərbaycanda yaranmış hakimiyyət böhranından Ermənistan maksimum istifadə etdi və həmin ilin iyunundan oktyabrınadək Qarabağın daha altı rayonunu işğal etdi. Bu gün həmin tarixi şəraiti Ermənistan bizim üçün yaradıb.

Ümumiyyətlə, istənilən qarşıdurmada düşmən dövlətdə siyasi kataklizmlər yaşananda, anarxiya səviyyəsinə çatan qeyri-sabitlik hökm sürəndə əks tərəfin əvvəldən nəzərdə tutulan və ona uyğun hərbi-siyasi planı olmalıdır, hətta o kataklizmlərin yaranması üçün kəşfiyyat işləri görməlidir. Amma, indi hazır situasiyanı seyr etməkdən başqa heç bir addım atılmırsa, biz Qarabağı necə azad etmək istəyirik? Nə BMT qətnamələri, nə ATƏT bizə Qarabağ qaytarası deyil və bunu bu işin içində olan səlahiyyətlilərimiz çox yaxşı bilir. Bu gün Azərbaycana təmkinli olmağı tövsiyyə, xahiş, bəzən tapşırıq kimi verən qüvvələr heç vaxt Qarabağın Azərbaycana qaytarılmasını istəməyib, istəməyəcək. Çoxdan gözldiyiniz LAZIMİ tarixi şərait yetişib, cənablar!

Sabah daha ətraflı siyasi təhlil və təkliflər, informasiyalar yalnız oxucuların deyil, həm də müvafiq strukturların diqqətinə çatdırılacaq.

Tərcümə və P.S. müəllifi İlham İsmayıl

Buna da bax...

“160 nömrəli avtobus sürücüləri ötən hadisədən dərs götürməyiblər” – Açıqlama

17.11.2018 tarixində sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ …