Baş səhifə / Cəmiyyət / Bakıda “Trump Tower” yanır – Yenilənib (VİDEO)

Bakıda “Trump Tower” yanır – Yenilənib (VİDEO)

Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın əhatə dairəsi genişlənib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Yanğın baş verən ərazidə yollar bağlanıb.

Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb.

Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.

Binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Buna da bax...

“160 nömrəli avtobus sürücüləri ötən hadisədən dərs götürməyiblər” – Açıqlama

17.11.2018 tarixində sosial şəbəkələrdə 160 nömrəli müntəzəm marşrut xəttu üzrə dövlət qeyddiyyat nişanı 99 JZ …