Baş səhifə / Hadisə / Azərbaycanda partlayış baş verdi: Xəsarət alanlar var
Azərbaycanda partlayış baş verdi: Xəsarət alanlar var

Azərbaycanda partlayış baş verdi: Xəsarət alanlar var

Mingəçevir şəhərindəki “Azneftmaş” ASC-də iki nəfər ehtiyatsızlıqdan xəsarət alıb.

Report“un Şirvan bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Məlumata görə, partlayış qaynaq aparatındakı nasazlıq səbəbindən baş verib. Nəticədə müəssisənin əməkdaşları – 1978-ci il təvəllüdlü Soltan Qəzənfər oğlu Nazirov və 1986-cı il təvəllüdlü Maqsud Yaqub oğlu İsrafilov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

“Azneftmaş” ASC-nin direktoru Məhərrəm Hüseynov “Report”un yerli bürosuna bildirib ki, hadisə poladtökmə sobasında metalın əridilməsi zamanı baş verib: “Həmin vaxt zavodda 20 fəhlə olub. Zavodda metalın əridilməsi zamanı belə hadisələrin baş verməsi normal haldır. Çünki metal əridilən zaman ondan ayrılan qazlar metalın hissəciklərini ətrafa səpir. Bu zaman fəhlələrdən ikisi düzgün mövqe tutmadığından qığılcımlar onların üzərinə səpələnib və nəticədə müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar”.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …