Baş səhifə / Dünya / Tır şoferləri intihara mane oldular – İbrətamiz (Fotolar)

Tır şoferləri intihara mane oldular – İbrətamiz (Fotolar)

Bəzən, “nə işimə qalıb” deyib keçməklə, insanın həyatına son verməsinə şərait yaratmış ola bilərsiniz. Biganə qalmamaq, çox vacib insani dəyərdir və ABŞ-da yük maşınlarının sürücüləri körpünün altında maşınları bir cərgəyə düzüb. Səbəb, bir kişinin özünü körpüdən atıb intihar etməsinin qarşısını almaq olub. Yük maşınları bir cərgə düzərək yolu kəsib ki, kişi hündürlükdən özünü atanda avtomobillərin üstünə düşsün.

Bir neçə dəqiqədən sonra 13 yük maşını yolda hərəkəti tamam dayandırıb.

Xoşbəxtlikdən hadisə yerinə gələn polis, adamı intihar qərarından çəkindirə bilib və onu yaxınlıqdakı xəstəxanaya aparıb.

O sürücülər “tələsirəm, yükü çatdırmalıyam”, deyib keçə bilərdilər. İntihar da baş tuta bilərdi, media da intihar xəbərlərini manşetə çıxarardı. Amma, 13 sürücünün laqeyd qalmaması, həmrəyliyi yalnız fərdi deyil, cəmiyyətdə formalaşmış mənəvi dəyərlərin şüurlarda hakim olmasının nəticəsidir.

Biganə qalmarsız, hətta ümumi fəlakətin qarşısını alarsız. Bəlkə qarşınızdakı bu adam elə intihar haqında düşünür.., bir təbəssüm bağışlayın, o fikrindən vaz keçəcək… Təbəssümünüzü, köməyinizi əsirgəməyin…

 

(Moderator.az)

Buna da bax...

Xəzərdə tapılan meyitlərin kimliyi müəyyənləşdi

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub. “Report”un yerli bürosuna məlumatına görə, …