Baş səhifə / Cəmiyyət / “Qarabağ problemi növbəti 10-20 ildə həllini tapmayacaq…”- Azərbaycan sərhədini pozan rus professor

“Qarabağ problemi növbəti 10-20 ildə həllini tapmayacaq…”- Azərbaycan sərhədini pozan rus professor

Professor M. Vaskov: “Azərbaycanın “qara siyahısı”na düşməklə fəxr edirəm…”

Rusiyanın Rostov Universitetinin alimləri növbəti dəfə Azərbaycanın dövlət sərhədini pozaraq erməni işğalı altındakı Xankəndi şəhərinə gəliblər.

Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni mediası məlumat yayıb. Universitetin rus və erməni professorları “Mesrop Maştots” Universitetində təşkil olunmuş ”Qarabağ -regional və dünya dövlətlərinin geosiyasi maraqları orbitində “ mövzusunda dəyirmi masaya qatılıblar. Rusiyalı professorlar Valeri Konovalov, Maksim Vaskov və elmlər namizədi Varlen Sevumyan məruzə ilə çıxış ediblər. V. Konovalov Qafqazda hadisələrin mümkün inkişafını təqdim edib. Erməni jurnalistlərin Qafqazda Qarabağın rolu haqda sualına cavab olaraq o, münaqişənin uzunmüddətli xarakter alacağını və növbəti 10-20 il müddətində də həll edilməyəcəyini bildirib. “Bu, dondurulmuş münaqişədir, təəssüf ki, bir çox beynəlxalq oyunçulara sərf edir. Lakin gərgin vəziyyətin eyni dərəcədə sərfəli olduğu deyilə bilməz. Mən həmçinin, ABŞ-ın mövqeyi haqda da deyə bilərəm: ABŞ bu konfliktdə maraqlıdır”, – deyə rus professor deyib.

Rusların ermənilərlə mehriban qardaşlıq münasibətlərindən danışan professor M.Vaskov isə bəzi qüvvələrin bu münasibətləri korlamağa çalışdığını, lakin buna nail ola bilməyəcəklərini söyləyib. Erməni jurnalistlərin “Azərbaycanın “qara siyahısı”na daxil edilməkdən qorxmursunuzmu” sualına isə rus professor həyasızcasına “Artıq daxil ediblər və mən bununla fəxr edrirəm” cavabını verib.
P.S. Rus professor Qarabağ probleminin həll olunmaycağını deməklə bu torpaqların Azərbaycana qaytarılmayacağını anlatmaq istəyir. Əslində münaqişənin uzanması ermənilərə o qədər də fərq etmir. Oturublar cənnət torpaqlarımızda: təmiz hava, su, gözəl təbiət… Övladlarını böyüdürlər… O torpaqlarımızda doğulan ermənilər artıq 25-26 yaşlı yekə dığalardır… Dərd bizim dərdimizdir… Qarabağda doğulub yaşamış didərgin soydaşlarımız uyğunlaşa bilmədikləri şəhərin, aranın tozlu-torpaqlı havasında dərddən, həsrətdən vərəmləyib bir-bir dünyadan köçür… Onların övladları isə bakılı, sumqayıtlı, şəkili, gəncəli, bərdəli və s. kimi doğulur…

Sultan Laçın

Buna da bax...

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Altıncı yarış günündə Hacımurad Hacıyev (70 …