Baş səhifə / Dünya / Aslanın qəfəsinə girən adam qəzəbli heyvanın hücumuna məruz qaldı – VİDEO

Aslanın qəfəsinə girən adam qəzəbli heyvanın hücumuna məruz qaldı – VİDEO

Cənubi Afrikada yerləşən vəhşi zooparkda sahibi şirlərin olduğu qəfəsə daxil olub və heyvanın hücuma məruz qalıb. O anlar həvəskar kamera tərəfindən qeydə alınıb.

Moderator24.com xəbər verir ki, kompleksin sahibi olduğu bildirilən yaşlı bir adam aslanların yerləşdiyi sahəyə girib. Adamı görən aslan onun ardınca düşməyə başlayıb.

Qəzəbli heyvan yaşlı adamı boğazından tutub kolların arasında sürükləyərkən adam ağrı içində yardım harayları qoparıb. Aslan pəncə zərbələri ilə adama hücum etdikdən bir müddət sonra vəzifəlilərin silah səsi eşidilib.

Aslan aldığı güllə yaralarından sonra həyatını itirib, ağır yaralan adamın isə xəstəxanada olduğu və şirlərin olduğu yerə nə üçün girdiyini bilinmədiyi açıqlanıb.

Kamran

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …