Baş səhifə / Dünya / Tükürpədici iddia: Suriyalı qadınlar qida yardımı qarşılığında cinsi əlaqəyə məcbur edilir

Tükürpədici iddia: Suriyalı qadınlar qida yardımı qarşılığında cinsi əlaqəyə məcbur edilir

BBC qandonduran bir hesabat yayımlayıb. Hesabatda böyük qalmaqal yaradacaq iddialar yer alır.

Moderator24.com xəbər verir ki, xəbər agentliyi Suriyada BMT-nin və digər qurumlar üçün çalışan kişilərin insani yardım qarşılığında qadınların cinsi istismara zorlanıldığını iddia edir.

Xəbərdə bildirilir ki, yardım qurumlarının çalışanları qida yardımı qarşılığında qadınlardan cinsi əlaqədə olmağı tələb edilir.

Üç il öncə buna bənzər narahatlıqlar səbəbi ilə xəbərdarlıqlar edilməsinə baxmayaraq, Suriyanın güney bölgələrində bu kimi halların davam etdiyi hesabatda qeyd olunur.

BMT və digər yardım fəaliyyəti ilə məşğul olan qurumlar cinsi istismar və zorakılıq hallarına qətiliklə yol verilmədiyini bildirir, yardım qurumlarında çalışanların isə bu kimi davranışlarından xəbərsiz olduqlarını ifadə edirlər.

BBC-yə məlumat verən mənbə, “Kömək qarşılığı cinsi əlaqə tələbləri o qədər tez – tez baş verir ki, bəzi Suriyalı qadınlar yardım paylama nöqtələrinə getməyi rədd edir. Gedərlərsə insanların kömək üçün əlaqəyə girdiklərini düşünmələrindən qorxurlar” deyir.

Bir yardım işçisi isə bir çox beynəlxalq təşkilatın yaşananlara göz yumduğunu iddia edir və “Bu təhlükəli bölgələrə yardım çatdırmanın tək yolunun yerli təşkilatlarla birlikdə işləmək olduğunu düşünürlər” deyir.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) etdiyi araşdırmaya görə Suriyanın bir çox vilayətində insani kömək qarşılığı cinsi əlaqə tələbləri son dərəcə geniş yayılıb.

Buna da bax...

ABŞ-ın hərbi hava qüvvələrinin şahı “havada qalıb”: F-35-lərə müştəri tapılmır…

ABŞ-ın hərbi hava qüvvələrinin şahı hesab edilən, ən müasir texnologiyalar əsasında istehsal edilən F-35 qırıcıları …