Baş səhifə / Cəmiyyət / Separatçı rejim təlaşda!.. – Bako Saakyan təcili hərbi müşavirə keçirdi… – FOTOLAR

Separatçı rejim təlaşda!.. – Bako Saakyan təcili hərbi müşavirə keçirdi… – FOTOLAR

Bu gün Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq lideri Bako Saakyan təcili “müdafiə nazirliyi” nə gələrək “müdafiə ordusunun” ali komanda heyəti ilə müşavirə keçirib.

Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri qondarma rəhbərin “mətbuat xidməti” nə istinadla xəbər yayıb.

Hərbçilər necə tələsik toplanıbsa, qondarma “prezident”in başının üzərinə bayraq asmağı da unudublar. Bunun yerinə işğal altındakı Azərbaycan torpaqlarının xəritəsi asılıb. Məlumata görə, müşavirədə rejimin müdafiə məsələləri, Azərbaycanla “sərhəd”dəki vəziyyət ciddi müzakirə olunub. “Müdafiə naziri” adlanan Levon Mnatsakanyan geniş məruzə ilə çıxış edib.

Sultan Laçın

Buna da bax...

ABŞ-da şəhər satılır – VİDEO

ABŞ-ın Corciya ştatının Tumsboro şəhəri satışa çıxarılıb. Oxu.az-ın xəbərinə görə, bu barədə NBC New York …