Baş səhifə / Cəmiyyət / Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı – Video

Nazir döyülən uşağa görə məktəbə gəldi və müəlliməni yerində cəzalandırdı – Video

Yeni Təyin olunmuş təhsil naziri Ceyhun Bayramov 189-190 saylı məktəbin 1-ci sinif şagirdi Nuray Quliyeva sinif rəhbəri tərəfindən döyülməsi məsələsini şəxsən araşdırıb.

Uşağın anası Xanım Əliyevanın baku.ws -ə verdiyi açıqlamaya görə, o dünən bu məsələ ilə bağlı Təhsil Nazirliyinə dəvət olunub.

“Nazir Ceyhun Bayramov məni qəbul etdi. İclasda nazirliyin bir neçə digər əməkdaşı da iştirak edirdi. Mənə bildirdilər ki, qızımla bağlı məsələ Nazirliyin diqqət mərkəzindədir. Bu gün isə məni qızımın təhsil aldığı 189-190 saylı ort məktəbə çağırdılar. Ceyhun müəllim nazirliyin digər əməkdaşı Sərxan müəllimlə hadisəni yerində araşdırmaq üçün məktəbə gəlmişdilər. Bərabər müşahidə kamerasının görüntülərini izlədik. Sinif rəhbəri Səyyarə müəllimənin qızıma xəsarət yetirdiyi görüntülərlə öz təsdiqini tapdı. Ən maraqlısı isə budur ki, mənim qızımla bağlı görüntüləri araşdırarkən Səyyarə müəllimənin digər uşaqları da döydüyü üzə çıxdı. Oktyabr ayında bir şagirdə sillə vurduğunun şahidi olduq.

O görüntülərdən sonra elə mənim yanımda müəlliməyə şiddətli töhmətlə işdən qovulmasına və ümumiyyətlə təhsil sistemindən uzaqlaşdırılmasına qərar verildi. Çox şadam ki, qızımın Əlifba bayramında Səyyarə müəllimə məktəbdə olmayacaq. Bir daha Təhsil Nazirliyinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”, – deyə Xanım Əliyeva bildirib.

Xatırladaq ki, uşağı döyülən X.Əliyeva qızının qələminin mürəkkəbinin partanın üzərinə tökdüyü üçün müəllimə tərəfindən döyüldüyünü sosial şəbəkədə yaymışdı. Mətbuatın valideynın bu paylaşımına biganə qalmaması məsələnin böyüməsinə səbəb oldu.

Buna da bax...

Azərbaycanı təmsil edən güləşçi dünya çempionu oldu – VİDEO

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir. Altıncı yarış günündə Hacımurad Hacıyev (70 …