Baş səhifə / Dünya / Etirazçılar yük maşınlarında parlamentin önünə toplandı – Foto

Etirazçılar yük maşınlarında parlamentin önünə toplandı – Foto

İrəvanda etirazçılar yük maşınlarıyla Milli Məclisin qarşısına toplaşıb.

Moderator24.com xəbər verir ki, bu haqda işğalçı ölkənin bir neçə saytı xəbər yayıb.

Məlumata görə, paytaxtın Baqramyan prospektində hərəkət dayanıb. Milli Məclisin qapısı önündə toplanan bir neçə yük maşınındakı nümayişçilər “Respublikaçılar rədd olun!” şüralarını səsləndirirlər. Darvazanın digər tərəfində də parlamentin avtomatla silahlanmış təhlükəsizlik xidməti əməkdaşları gəzinir. Nümayişçilər yük maşınında oturublar və darvaza boyunca polislər düzlənib. Xəbərdə deyilir ki, bir az öncə etirazçılardan biri hər iki əlini polislərin çiyinlərinə qoyaraq “polis bizimdir” deyə bağırıb.

Sultan Laçın

Buna da bax...

ABŞ-da şəhər satılır – VİDEO

ABŞ-ın Corciya ştatının Tumsboro şəhəri satışa çıxarılıb. Oxu.az-ın xəbərinə görə, bu barədə NBC New York …