Baş səhifə / Dünya / Bir türk düşməni də cəzalandırıldı – 30 il…

Bir türk düşməni də cəzalandırıldı – 30 il…

Moderator.az Rambler.ru-ya istinadən xəbər verir ki, Rusiya televiziyalarının tok-şoularında özünün anti Azərbaycan, anti-Türkiyə mövqeyi ilə məşhur olan, Dağlıq Qarabağ konfliktini islam-xristian qarşıdurması kimi təqdim edən, hər zaman erməni separatçılarını dəstəkləyən polşalı jurnalist Tomaş Matseyçuka 30 il müddətinə-2048-ci ilədək Rusiya Federasiyası ərazisinə girmək qadağan edildi.

Matseyçuka RF Cinayət məcəlləsinin 282-ci maddəsi (Nifrət və düşmənçilik qaldırma, insan ləyaqətini alçaltma) tətbiq edilib.

Əvvəllər Moskvadakı erməni diasporasının Matseyçuku ciddi şəkildə maliyələşdirdiyi barədə mətbuatda, sosial şəbəkələrdə məlumatlar dərc edilmişdi.

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …