Baş səhifə / Cəmiyyət / “Halal pulla heç kim nə villa, nə də maşın ala bilməz”

“Halal pulla heç kim nə villa, nə də maşın ala bilməz”

Bir neçə gün öncə hüquq-mühafizə orqanları Azərbaycanda saxta dərman satışı ilə məşğul olan şəbəkəni ifşa etdilər. Araşdırma nəticəsində məlum oldu ki, tez-tez telekanallarımızdakı verilişlərdən birində iştirak edən həkimlərdən biri də həmin dəstə üzvləri ilə əlbir olaraq saxta dərmanların satışını həyata keçirib. Hələ bir neçə ay öncə də efirə çıxan daha bir nəfərin orqan mafiyasının üzvü olduğu üzə çıxdı.

Həmişə efirlərimizdə tənqidi fikirləri ilə gündəmə gələn müğənni Əli Mirəliyev Moderator.az -a açıqlamasında belə adamları “moşennik” adlandırıb.

Ə.Mirəliyev bildirib ki, halal pulla heç kim nə villa, nə də bahalı maşın ala bilməz:

“Bütün sahələrdə hamısı “moşenniklər”di. Hər dəfə bir-bir həbs olunurlar. Çünki saxtakarlıqla məşğuldurlar. Halal pulla kim villa alıb, xarici maşın sürə bilər”. Hamısı rüşvətdi. Yaxşı yaşamaq üçün rüşvət alırlar. İnsanları aldadırlar. Beşi yaxşı maşın sürəndə, onu da ona baxıb yol axtarır ki, o, necə etsin. Neynəmək istəyirlər bunlar, bilmirəm”.

Vasif Əlihüseyn

Buna da bax...

Xəzərdə tapılan meyitlərin kimliyi müəyyənləşdi

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub. “Report”un yerli bürosuna məlumatına görə, …