Baş səhifə / Cəmiyyət / Səlim Müslümov infarkt keçirib? — Eks-nazirin köməkçisindən açıqlama

Səlim Müslümov infarkt keçirib? — Eks-nazirin köməkçisindən açıqlama

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov infarkt keçirərək, təcili şəkildə xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər təsdiqini tapmayıb.

Moderator24.com bildirir ki, məsələni dəqiqləşdirmək üçün ölkə.az -ın əməkdaşı Səlim Müslümovun mobil telefonuna zəng edib.

Telefona cavab verən və özünü Səlim Müslümovun köməkçisi kimi təqdim edən şəxs xəbərin yalan olduğunu bildirib.
O deyib ki, hazırda Səlim Müslümov istirahət edir və səhhətində heç bir problemi yoxdur:

“Səlim müəllim infarkt keçirməsi və təcili xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlər doğru deyil. Onun səhhətində hər hansı problemi yoxdur. Hazırda isə evində istirahət edir”.

Xatırladaq ki, Səlim Müslümov 2018-ci ilin aprelində əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

Buna da bax...

Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə əsgər yolladı – FOTO/VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Dağlıq Qarabağda əsgərlik edəcək. Moderator.az xəbər verir ki, bu …