Baş səhifə / Cəmiyyət / “Ermənilər öz ağıllarıyla getsəydi… – İndi Bakıda hakimiyyətdə idilər…”

“Ermənilər öz ağıllarıyla getsəydi… – İndi Bakıda hakimiyyətdə idilər…”

Paşinyançılıq da bunların ağlının məhsulu deyilsə, biz öz ağlımızla gedib təcili Qarabağın azad edilməsi yolunu bulmalıyıq…

Ermənistanda etiraz aksiyaları başlayandan çoxumuzun ağzı açıq qalıb:” Sən öl, erməni olsalar da, halaldı o millətə, Rusiyanın arxasında durduğu Sərkisyanı bircə həftədə yıxdılar… Ayə, ağıllı millətdi, vallah!..”
***
Amma heç kəs sual etmir ki, axı, 1988-ci ilin mayında, noyabrında biz – Azərbaycan xalqı da nəinki Bakıdakı yerli hakimiyyətin, o boyda SSRİ-nin, Kremlin, Kommunist Partiyasının qarşısına bir dağ kimi çıxmışdıq… Həmin günlər ermənilər Şuşanın Topxanasında bir ağac kəsmişdi – onun harayına, az qala, 1 milyon Azərbaycan vətəndaşı yığışmışdı… Orta yaşlı və ahılların yaxşı yadında olar: həmin günlər Bakı şir kimi nərildəyirdi. Deyirdilər, guya ondan qabaq SSRİ-nin məşhur siyasi xadimi Qromıko deyib ki, Azərbaycan yatmış şirdi, oyatmayın…

***
Amma unutmuşduq ki, şiri də əhlilləşdirib sirkdə oynada bilənlər var…
***
Azərbaycandakı Meydan hərəkatı vaxtı deyirdilər ki, bəs Yaponiyada kompüterlə hesablayıblar ki, azərbaycanlılar dünyanın ən qeyrətli xalqıdır, nə bilim… Qara Yanvar ərəfəsində Amerikanın məşhur “Newsweek” jurnalı yazırdı ki, azərbaycanlılar ilin ən qeyrətli xalqıdır…
***
Heç hələ gəncləri demirəm, görəsən, 1988-ci ildən bəri meydanlarda, səngərlərdə canını qoymuş 45-70 yaşlılar özü-özünə sual verir ki, bəs hanı o 1988-1990-cı illərdəki dünyanın ən qeyrətli xalqı… Nədən bir armud ağacına görə, həftələrlə meydanlardan çəkilməyən belə bir xalq 25-26 ildir ki,olan-qalan hüquqi-tarixi torpaqlarının 25 faizinin işğal altda qalmasına dözür, susur?.. Niyə mayın 12-ə təyin olunmuş Qarabağ mitinqinə icazə almaq, onu keçirmək, “Məhsul” stadionuna 5-10 min adam yığmaq problemə çevrilib?..
***
Bəs hanı bizi tərifləyib, küyləyib aralarında erməni dığalarının da olduğu sovet əsgərlərinin tanklarının qabağına çıxarıb əzdirən, qırdıran, sonra da “bu, SSRİ-nin daxili işidir” deyən çoxüzlü Amerika? Niyə demirlər ki, “dünyanın ən qeyrətli” xalqının torpağının 25 faizini haqsız yerə əlindən alıblar, ay BMT, ay NATO, ay AŞ, ay ATƏT, bunların arxasında durun, erməniləri başa salın, torpaqlarından çıxsınlar?..
***
Niyə təzə bir Nemət Pənahlı yetişdirib Azadlıq meydanına çıxarmırlar ki, ay camaat, torpağının dörddə biri işğal altındadır, qalx ayağa..
***
Həmişə demişik, yenə də deyirik: 1988-1992-ci illərdə ABŞ-ın, Avropanın bizi tərifləməsi, küyləyib meydanlara çıxarmasının səbəbi onun SSRİ-ni yıxmaq, parçalamaq məqsədi idi… Və bizi də bu xarici güclərin planlarına uyan öz daxilimizdən mərhələ-mərhələ hakimiyyətə gəlmək istəyən hakimiyyət aşiqlərinin əli ilə körükləyirdilər, yönləndirirdilər… Bir sözlə, xərcləyirdilər…
***
Düzdü, gerçəkdən Meydan hərəkatına qoşulan hər birimizin içində imperiyaya, daşnak ermənilərə qarşı nifrət qaynayırdı… Və hətta meydana toplaşanların bir hissəsi pulsuz, kabab, sosiska, peraşki yeməyə, yaxud sadəcə, maraq üçün toplansa da belə, bu faktiki olaraq xalqın hərəkatı idi. Ancaq söhbət ondan gedir ki, bu hərəkat xalqın öz istədiyi, onun gələcəyi üçün faydalı istiqamətə yönləndirilirdi, yoxsa ayrı-ayrı xarici super güclərin və daxili klan və qruplaşmaların maraqlarına uyğun istiqamətdə gedirdi?..
***
Azadlıq uğrunda mübarizənin gerçək hədəfinə çatması, doğrudan da xalqın azadlığına nail olması üçün həmin mübarizənin özü də azad olmalıdır… Yəni, xalqa düşmən, yalnız öz maraqlarını güdən xarici və ya daxili güclər tərəfindən yönləndirilməməlidir…
***
Xalqın öz ağlı ilə, kortəbii üsyanları ilə müvəqqəti olaraq nəyəsə nail olması orta əsrlərə qədər baş verə bilərdi. Amma İngiltərə, Fransa burjua inqilablarından bəri baş verən əksər üsyan və inqilablar xarici və ya daxili məkrli güclərin əli ilə baş tutub…
***
Elə bilirsiz, türk xalqı öz istəyi ilə Osmanlı kimi ədalətli və qüdrətli bir müsəlman-türk dövlətini yıxdı. Əsla, bu mason-filan adlanan, ingilis-yəhudi-fransız, bir az da rus, yunan şəbəkələrinin təhriki və buna uymuş “gənc türklər”in-filanların əli ilə baş tutdu… Ona görə, bu gün qardaş Türkiyə xaricdən və daxildən min cür düşmənin əhatəsində vurnuxur…
***
Yoxsa ruslar Böyük Oktyabr İnqilabını öz ağıl və istəkləriylə həyata keçirdilər. Bolşevik-sovet hakimiyyəti SSRİ ərazisindəki digər xalqlar kimi heç ruslara da gün vermədi. Ən böyük vətəndaş müharibəsi, “ağlar-qırmızılar”ın savaşı, repressiyalar, kütləvi aclıqlar Rusiyada olmadı?..
***
Heç ən ağıllı xalq sandığımız yəhudilər də İsrail dövlətini öz ağıllarıyla qurmayıblar. Həmin dövləti Qüdsü Osmanlının əlindən alan Britaniya dövlətinin dəstəyi ilə qurulmadımı? Əks halda yəhudi xalqı 70 il torpaqlarını zəbt etdiyi Fələstin xalqı ilə hərb vəziyyətində yaşamaz, daim, “HƏMƏS”, “Hizbulla” raketlərinin qorxusu altında qalmazdı…
***
Yoxsa İraqlılar Səddamı, liviyalılar Qəddafini öz ağıllarıyla yıxdılar…
***
Hətta bu gün çoxlarının ağzı sulana-sulana həsədlə baxdığı Amerika toplumu da öz ağlı ilə bu günlərə gəlib çatmayıb. Müxtəlif din və millət nümayəndələrində ibarət bu toplum öz ağlı ilə getsə, hər ay İsrailin saxlanması üçün vergi ödəməz, ölkə varidatının mənasız Vyetnam, Əfqanıstan, İraq, Liviya, Suriya və s. savaşlarına xərclənməsinə imkan verməz, həmin müharibələrdə övladlarının ölməsinə, şikəst edilməsinə müqavimət göstərərdi… Amerika toplumu öz ağlıyla getsə, Tramp gicbəsər Suriyaya bir gecədə 150 milyon dollarlıq raket ata bilərdi?.. Məhz bu ağılsızların ağlı ilə getdiyindəndir ki, bu gün ABŞ əhalisinin böyük əksəriyyəti öz qazancları hesabına yox, banklardan faizlə götürdükləri kredit hesabına yaşayır…
***
Bir sözlə, dünyanın hərbi-siyasi, iqtisadi sosial prosesləri ayrı-ayrı xalqların ağlı deyil, əsrlərdən bəri formalaşan transmilli sələm-kredit super oliqarxları, maqnat sülalələri yönləndirir… Onlar üçün, əksər siyasi liderlər üçün digər xalqlar da, öz xalqları da idarə olunmalı olan kütlədir… Sadəcə, hər bir kütlənin özünəməxsus yönləndirilmə üslubları var….
***
Deyilənlər baxımından, nə qədər “milli azadlıq hərəkatı” adlandırsaq da, bizim 1988-1992-ci illərdəki xalq hərəkatımız öz ağlımızla deyil, deyilən güclərin ağlıyla yönləndirilib. Bizim meydanlrda, səngərlərdə potensialımızı xərcləyib öz məqsədlərinə çatdıqdan, SSRİ-ni yıxdıqdan, neft və qazımızdan yüksək dərəcədə paylarını aldıqdan sonra həmin güclərin bizim Qarabağımızın işğal altında qalması, qaçqın, yoxsul olmağımız önəmli deyil… Yoxsa, öz ağlımıza qalsa, nə Qarabağ işğal edilər, nə 1990-cı illərin yanvar olayları baş verər, nə bu günədək xaricdən dəstəklənən korrupsiya şəbəkələrinin əlində girinc qalar, nə bəzi icra başçılarımız bu qədər harınlayar, nə də adi bir bank rəhbəri nazirlə əlbir olub milyardlarla pulumuzu havaya sovurmaz, xaricə qaçırtmazdı…
***
Öz ağlımızla hərəkət etsəydik, yüksək vəzifələrə, icra başçılığına gətirilənlərin əsl kimliyini sonradan, çıxarılandan, tutulandan sonra bilib ifşa etməz, öncədən tanıyıb vəzifəyə gəlməsinə imkan verməzdik….
***
Odur ki, İrəvandakı son günlərin Paşinyan hərəkatına da ayıq baxmaq gərəkdi… Guya ermənilər indiyədək öz ağıllarıyla oturub-durub? Xeyr. Sadəcə, məlum güclər onların bədxahlıqlarından, nankorluqlarından, qaniçənliliklərindən istifadə edərək Türkiyə ilə, bizimlə qladiator savaşına çıxarıblar. Özləri də kənardan ləzzətlə tamaşa edirlər… Bu tərəf bir sərt söz deyir, o tərəf daha sərtini söyləyir, bu tərəf 5 güllə atır, o tərəf 15 güllə atır… Bu minvalla vaxt gedir… Ömrümüz bitir…
***
Amma ermənilərin də çoxu dərk etmir ki, neçə əsrlərdir, öz ağıllarıyla getməyiblər… Onlar sionist-anqlosaks şəbəkəsinin planlarıyla yox, öz ağıllarıyla getsəydilər, tərkibində dinc-firəvan yaşadıqları Osmanlı dövləti ilə dil taparaq xaricilərin fətvasına uymadan bu günədək rahat yaşayardılar… Ermənilər öz ağıllarıyla getsəydilər, 1918-ci ildə Azərbaycanda soyqırım törətmək əvəzinə Azərbaycanla Gürcüstanla birləşib Rusiyanın bolşevik işğalının qarşısını alardılar…
***
Bu nankorlar öz ağıllarıyla getsə idilər, artıq sovet dövründə Dağlıq Qarabağda Azərbaycanın digər bölgələrindən qat-qat varlı, rahat yaşadıqları bir halda bizlərə qarşı qiyama qalxmaz, əksinə, mövqelərini daha da möhkəmləndirməklə neftimiz-qazımız hesabına daha da varlanardılar… Rusiyanın hesabına zəbt etdikləri Laçında, Şuşada, Kəlbəcərdə, Qubadlıda it günündə yaşamazadılar…
Ermənilər öz ağıllarıyla getsə idilər, heç bir münaqişə qaldırmaz, 1989-1990-cı illərədək Bakıda yarım milyona yaxın erməninin gücündən istifadə edərək Azərbaycanda daha hakim mövqelərə yiyələnərdilər…
***
Yaşlılarımız 1970-ci illərdə Bakıda, Mərkəzi Komitədə, Nazirlər kabinetində onlarla erməninin yüksək vəzifələrdə olduğunu, paytaxtımızdakı əksər “sexovşik”lərin, qızıl ustaları və alverçilərinin və s. onlardan olduğunu, rayonlardan gələn azərbaycanlı tələbələrin ermənilərin evlərində sıxıla-sıxıla kirayədə qaldıqlarını gözəl bilirlər… Bundan artıq sizə nə lazım idi?.. Niyə harınladınız?..İndi Bakıdan ötrü ölürsünüzmü?..
***
Əgər Qarabağ münaqişəsini qızışdırmayıb öz ağıllarıyla getsəydilər, ermənilər indi bu saat Bakıda demokartik yollarla deputat da seçilmişdi, hakimiyyətdə vəzifədə tutmuşdular… Məgər 1918-1920-ci illərdə AXC parlamentində erməni deputatlar əyləşmirdi?..
***

Xülasə, bütün bunlar göstərir ki, bu alçaq olduqları qədər, həm də bədbəxt ermənilər bu gün Rusiya ilə Qərb arasında odlu futbol topuna çevriliblər… Kimin o topu hansı istiqamətə vuracağı bəlli deyil. Heç bu Paşinyançılıq da erməni ağlının məhsulu deyil… Hələ qəfildən saqqal buraxıb meydanlara atılmış Paşinyanın kimin oyuncağı olduğunu da bilmirik. Amerikanınmı, Fransanınmı? Bəlkə elə Putinin adamıdır? Bəlkə Putin Sərkisyan rejimindən Qərbə bir az yaxımlaşdığı, Avropa İttifaqı ilə sazişi imzalamasınn qisasını alır? Bəlkə Rusiyaya onun müvəqqəti olaraq iqtidara gəlməsi sərf edir? Çox şeyi bilmirik…
***
Amma bircə şeyi dəqiq bilirik… Qarabağ, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam … kimi dilbər guşələrimiz 25-26 ildir ki, işğal altındadır. Və biz gələcəyimiz üçün, özümüzü bir müstəqil dövlət olaraq isbatlamaq üçün o torpaqları azad etməyə borcluyuq…
***
Odur ki, gəlin bu dəfə öz ağlımızla gedək… ATƏT-ə, AŞ-a, ABŞ-a baxmayaq… Paşinyançılıq da erməni ağlının məhsulu deyilsə, biz öz ağlımızla gedərək bu fürsətdən yararlanıb təcili torpaqlarımızı azad etməyin yolunu bulaq… Yoxsa yenə on illərlə ağılsızlığımızın peşimançılığını çəkəcəyik…

Sultan Laçın
Moderator.az

Buna da bax...

Xəzərdə tapılan meyitlərin kimliyi müəyyənləşdi

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub. “Report”un yerli bürosuna məlumatına görə, …