Baş səhifə / Dünya / Milyarder Süleyman Kərimov xəstəxanaya yerləşdirildi

Milyarder Süleyman Kərimov xəstəxanaya yerləşdirildi

Fransa məhkəməsinin izni ilə Moskvaya gələn rusiyalı senator Süleyman Kərimov ürəyində problem səbəbindən xəstəxanaya yerləşdirilib.

Report” xəbər verir ki, bunu milyarderin köməkçisi Aleksey Krasovski deyib.

“Şənbə günü axşam ürək nahiyəsində nasazlıq hiss etdi, həkim çağırdı. Təcili yardımla Vişnevski hospitalına aparıldı, ürək ritminin mürəkkəb pozulması diaqnozu qoyuldu”, – deyə Aleksey Krasovski bildirib.

Xəstəxana kardiocərrahının sözlərinə görə, reanimasiyada senatorun sinus ritmi bərpa olunub və o, həkim nəzarəti altında evə buraxılıb.

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …