Baş səhifə / Cəmiyyət / Dəhşətli qəzada ölən 6 qadın – Pambıqçı imiş + Yenilənir

Dəhşətli qəzada ölən 6 qadın – Pambıqçı imiş + Yenilənir

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Şəhriyar kəndində baş verən qəzada 7 nəfər ölüb.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölənlər pambıqçılar olub. Belə ki, traktorun qoşqusu kanala aşıb, nəticədə 6 qadın boğulub.

Hadisə şahidlərindən zərərçəkmiş bir nəfər xəstəxanaya aparılıb.Həlak olanların cəsədləri ailələrinə təhvil verilib.

***

İcra hakimiyyətindən bildirilib ki, Sabirabadın icra başçısı Nazim İsmayılov da hadisə yerində olub.

***

Sabirabaddan seçilən deputat Rüstəm Xəlilov hadisə barədə “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, ölənlər Şəhriyar kəndinin sakinləridir: “ Mən hazırda işdəyəm. Amma hadisə barədə məlumatlıyam. Allah dünyasını dəyişən qadınlara rəhmət eləsin”.

Buna da bax...

Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə əsgər yolladı – FOTO/VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Dağlıq Qarabağda əsgərlik edəcək. Moderator.az xəbər verir ki, bu …