Baş səhifə / Dünya / Rusiya yeni hərbi dronunu göstərdi – VİDEO

Rusiya yeni hərbi dronunu göstərdi – VİDEO

Rusiyanın Müdafiə nazirliyi “Facebook” səhifəsində “Korsar” pilotsuz uçan aparatının (PUA) imkanlarını nümayiş etdirən video yayıb.

40 saniyə davam edən videoçarxın kadrlarında dronun havaya qalxmağını, yerdə hədəflər seçməyini və enişini görmək olur.

Qeyd edək ki, təyyarə tipli “Korsar” PUA-sı ilk dəfə olaraq Qələbə günününə həsr olunmuş hərbi parad zamanı Moskvanın Qırmızı meydanında ictimaiyyətə təqdim olunacaq.

Aparat istənilən hava şəraitində yerdə və havada olan obyektlərin uzunmüddətli kəşfiyyatının aparılması, düşmənə aid obyektlərin vurulması və yüklərin təyinat nöqtələrinə çatdırılması üçün nəzərdə tutulub.(oxu.az)

Buna da bax...

“Rusiya artıq Odessanı da ələ keçirdi…”-Ukrayna deputatı

Rusiya nəşri:”Qədim rus şəhəri tədricən təmizlənir…” “İndi Odessada baş verənlər yalnız Rusiyanın şəhəri tam miqyasda …