Baş səhifə / Cəmiyyət / “Heydər Əliyev Allahın Azərbaycana göndərdiyi peyğəmbərdir” – Aqil Abbas

“Heydər Əliyev Allahın Azərbaycana göndərdiyi peyğəmbərdir” – Aqil Abbas

“Heydər Əliyev də 1993-cü ildə Allah tərəfindən Azərbaycana göndərilən bir elçidir”

Bu sözləri millət vəkili Aqil Abbas Heydər Əliyevin 95 illiyinə həsr edilmiş tədbirdə deyib.

Millət vəkili bildirib ki, Heydər Əliyevin 95 illiyi ilə Cümhuriyyətin 100 illiyi üst-üstə düşür:

“Bu xalqımız üçün əsl bayramdır. O zaman Heydər Əliyevlə görüşən zaman ona dedim ki, qabiliyyət imtahanı yenidən bərpa olunsun. Hüquqa qəbul olmaq istəyənlər gəlib jurnalistikaya düşürlər. Mənə dedi ki, deyirsən, jurnalistlər prokurorlardan pis yaşayır? Heydər Əliyev həmişə jurnalistlərlə səmimi ortam yaradırdı. O, qəzetləri oxuyurdu, reaksiya verirdi. Qəzetdə gedən yazıya görə, iki dəfə mənlə telefonla da danışıb. Bunu açıqlamayacağam, öz aramızda qalsın”.

Telekanalları tənqid edən Aqil Abbas bildirib ki, İlham Əliyev bir yerin açılışını edəndə telekanallarımız ancaq o yerini verirlər:

“Ancaq açılış mərasimindən sonra çox səmimi ortam yaranır. TV kanallar bunu da verməlidir”.

Sonda Aqil Abbas qeyd edib ki, “124 min peyğəmbərin olduğu deyilir. Quranda isə cəmi 30-40-nın adı var, digərləri bilinmir. Ancaq o da var ki, hər dövrdə Allah bir elçi göndərir. Onun adını Atatürk də qoya bilərsiniz, peyğəmbər də. Məhz Heydər Əliyev də Allah tərəfindən Azərbaycana göndərilən peyğəmbərdir”.(azxeber.com)

Buna da bax...

Paşinyan oğlunu Qarabağa – ön cəbhəyə əsgər yolladı – FOTO/VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu Dağlıq Qarabağda əsgərlik edəcək. Moderator.az xəbər verir ki, bu …