Baş səhifə / Dünya / Paşinyan Ermənistanın baş nazir seçildi

Paşinyan Ermənistanın baş nazir seçildi

Ermənistanda müxalifət lideri Nikol Paşinyan baş nazir seçilib.

Moderator.az Radio Svoboda –ya istinadən xəbər verir ki, bu gün Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı xüsusi iclasında səsvermə keçirilib.

Yelk” (Çıxış) fraksiyasının üzvü, ölkədə başlayan etiraz aksiyalarının lideri Nikol Paşinyanın baş nazir vəzifəsinə namizədliyi qəbul edilib.

Müxalifət liderini 59 deputat dəstəkləyib, 42 parlament üzvü isə əleyhinə səs verib.

Xatırladaq ki, 4 mayda hakim Respublika partiyası, sabitlik olduğu halda Nikol Paşinyanı dəstəkləyəcəyini bildirmişdi. Patiya sədrinin müavini Armen Aşotyan qeyd edib ki, saylarının çoxluğuna baxmayaraq onlar özünü müxalifət hesab edirlər.

Qeyd edək ki, daha öncə mayın 1-nə təyin edilmiş xüsusi iclasda Ermənistan parlamenti N. Paşinyanın baş nazir vəzifəsinə namizədliyini qəbul etməmişdi.

Bildirək ki, müxalifətçi deputat Nikol Paşinyan Yerevanda aprelin 13-dən davam edən kütləvi etiraz aksiyalarına rəhbərlik edirdi.

Aksiyaçılar sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edirdilər. Etiraz aksiyalarının nəticəsi olaraq baş nazir Serj Sarkisyan istefaya getdi.

Etirazçıların tələbləri Serj Sarkisyanın istefası, xalq tərəfindən namizədliyi irəli sürülən baş nazirin seçilməsi və müvəqqəti hökumət yaradılması ilə bağlı idi.

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …