Baş səhifə / Cəmiyyət / “Artıq əsəblərim tarıma çəkilib…”- 50 yaşı erməni əsirliyində tamam olan Şahbaz Quliyevin qardaşı…

“Artıq əsəblərim tarıma çəkilib…”- 50 yaşı erməni əsirliyində tamam olan Şahbaz Quliyevin qardaşı…

2014-cü ildə öz doğma torpaqlarına gedərkən həbs edilən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev indiyə kimi haqsız yerə erməni əsirliyində saxlanılır. Bu gün Şahbaz Quliyevin doğum günüdür. Çətin də olsa o, indi dəmir barmaqlıqlar arasında doğum günündə daha çox ailəsinin yanında olmağı arzu edir.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev Moderator.az -a açıqlamasında qardaşına görə artıq əsəblərinin tarıma çəkildiyini bildirib:

“Bu gün Şahbazın 50 yaşı tamam olur. Siz təsəvvür edin biz nə vəziyyətdəyik. 2014-cü ildən qardaşım Şahbazla Dilqəm Əsgərov erməni əsirliyində saxlanılır. Bu qədər yazılır, deyilir, amma heç bir xeyri yoxdur. Yorulmuşam bu sual-cavabdan, artıq əsəblərim tarıma çəkilib”.

Vasif Əlihüseyn

Buna da bax...

“Votsap” mesaj sayını məhdudlaşdırdı

Votsap göndərilən mesajların yönləndirilməsi zamanı təyin edilən limitdə dəyişiklik edib. Axar.az xəbər verir ki, bu …