Baş səhifə / Cəmiyyət / “İnnən belə Qarabağdan danışanın…” – 7 cümlədə 7 dərd…

“İnnən belə Qarabağdan danışanın…” – 7 cümlədə 7 dərd…

Bizləri Qarabağsız bitirmək istəyən biqeyrətlər yaxşı bilir ki…

Biz boş-boş danışıb bəyanat, dalınca da konsert verincə Paşinyan İrəvanı da aldı, gəlib Qarabağda keyfə də daldı…
***
İnnən belə Qarabağdan danışanın gərək arın-arxayın dövlət sərhədimizi basıb Şuşaya baş çəkən Paşinyanın başını əzməyə başı, bacarığı, gücü və qeyrəti ola…
***
Birdəfəlik bilin: əksər telekanallarımız fahişəliyin, əxlaqsızlığın, bambılılığın, bayağılığın, səyliyin, başqatmanın, milli, dini dəyərləri, Qarabağı unutdurmağın, məddahlığın, yaltaqlığın, yalançılığın, saxtakarlığın ruporudur…
***
Erməni dığası Paşinyan 26 ildir işğal altında qalan Qarabağa gəlmək üçün Azərbaycan dövlətindən icazə istəmir – biz 26 illik Qarabağ dərdimiz barədə bir kolxoz stadionunda bir- iki kəlmə bildirmək üçün Bakı meriyasından icazə gözləyirik…
***
Bu “bp”-nin adı kiçiklə yazılsa da, çox böyük başıyla böyük-böyük işlər görür, nəinki Bakı nefti, həm də hakimiyyət, Qarabağ məsələsində…
***
Pambığa-filana darışan ziyanverici həşəratlarla bağlı fermerlərə xəbərdarlıq edən Kənd Təsərrüfatı Nazirliyinə sadə kənd sakinlərindən cavab gəldi: “Yazda-yayda peyda olan adi ziyanverici həşəratlardan özümüz birtəhər qorunarıq, Allah bizləri hər gün, yay-qış qanımızı, büdcəmizi soran ikiayaqlı ziyanverici həşəratlardan qorusun!..”
***
Bizləri Qarabağsız bitirmək istəyən biqeyrətlər yaxşı bilirlər ki, bu gün bir yumruq kimi birləşə bilməsək, qalanlarımız da torpaq, güzəran, mərəz dərdindən biçarə qalıb bir-bir bitəcəyik…

Sultan Laçın

Moderator.az

Buna da bax...

“Rusiya artıq Odessanı da ələ keçirdi…”-Ukrayna deputatı

Rusiya nəşri:”Qədim rus şəhəri tədricən təmizlənir…” “İndi Odessada baş verənlər yalnız Rusiyanın şəhəri tam miqyasda …