Baş səhifə / Cəmiyyət / İlham Əliyev rektora yüksək vəzifə verdi – Sərəncam

İlham Əliyev rektora yüksək vəzifə verdi – Sərəncam

Prezident İlham Əliyev Fərəh Əliyevanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Moderator24.com xəbər verir ki, sərəncamla Fərəh Şirməmməd qızı Əliyeva Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minib.

Dövlət başçısının digər sərəncamı ilə Fərəh Əliyeva Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, F.Əliyeva Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri olan Şirməmməd Hüseynovun qızıdır.

Buna da bax...

İran alovlanır: “Qoşulmayanlar biqeyrətdir” – Video

Tehranın ayaqqabı bazarında avqustun 11-də başlanan kütləvi tətillər getdikcə geniş vüsət alır. Ayaqqabı istehsalı və …