Baş səhifə / Dünya / Həsən Ruhanidən müharibə xəbərdarlığı: “İran 2 şəhəri yer üzündən siləcək”

Həsən Ruhanidən müharibə xəbərdarlığı: “İran 2 şəhəri yer üzündən siləcək”

İran və İsrail münasibətləri gərginləşməkdə davam edir.

Bu dəfə rəsmi Tehran İsraili hədələyib. “Fars” agentliyinin yaydığı məlumata görə, İran prezidenti Həsən Ruhani bu gün cümə namazından sonra Tehran Universitetində çıxış edib. O, çıxışı zamanı İsrail hökumətinə xəbərdarlıq edib.

“Qərbin təzyiqlərinə baxmayaraq, İran öz mövqeyindən əl çəkən deyil. Biz dövlət suverenliyinin qorumaq məqsədilə bütün gücümüzü ortaya qoyacağıq. İsrail hələ də qəsbkar siyasətini davam etdirir. Biz buna göz yuman deyilik. İsrail çirkin niyyətindən daşınmasa, İran Tel-Əviv və Hayfa şəhərlərini yer üzündən siləcəyik”, – deyə Həsən Ruhani bildirib.(baku.ws)

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …