Baş səhifə / Cəmiyyət / “Bacısının döşünə kamera qoymuşdu” – Biznesmenin həbsxana hekayələri – VİDEO

“Bacısının döşünə kamera qoymuşdu” – Biznesmenin həbsxana hekayələri – VİDEO

ARB TV-nin “Rezonans” verilişi bu dəfə Oqtay Quliyevin həbsxana hekayələrini təqdim edib.

Oqtay Quliyev (cəzası 9 il): “20 il Rusiyada yaşadım. Ailəmlə birlikdə işləyib, yaşayırdım. Orada meşə işi ilə məşğul olurduq. Meşələri qırıb şaxtalara verirdik. Böyük adamlarla söhbətim düşdü, məhkəmə 9 il həbs verdi. 45 qram narkotik maddə ilə tutulmuşam. Həbsdə olan tanışım mənə dedi ki, narkotiki bir adamdan götürüb bacıma verərsən. Sən demə bacısının döşünə kamera qoyublarmış. Narkotiki verəndə də kameraya çəkdilər. Mənim həbs olunmağıma səbəb başqadır. Qoca qonşumuz var idi ölənə yaxın torpağını bizə verdi. Oğlum oranı qazanda kömür çıxdığını bildirdi. Xəbər yayıldı, söhbət böyüdü. Bir dəfə mənə silahlı hücum etdilər. Məni tutdurub, torpağı əlimdən almaq istəyirdilər. Və beləcə istədiklərinə çatdılar, həbs olundum. Bir müddət orada qaldıqdan sonra, Azərbaycana göndərdilər. Həbsdə olarkən valideynlərim vəfat etdi”.​​

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …