Baş səhifə / Cəmiyyət / “Fuad Poladovun vəsiyyəti tam islama uyğundur”-İlahiyyatçı…

“Fuad Poladovun vəsiyyəti tam islama uyğundur”-İlahiyyatçı…

“İslam dinində məzar daşına şəkil vurulması doğru hesab olunmur”.

Bunu Moderator.az -a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov bildirib. İlahiyyatçı deyib ki, bunun üçün məzar daşına ad və soy adın yazılması kifayət edir:

“İslam dinində məzar daşına şəkil vurulması doğru hesab olunmur. Uzun müddət sovet hökümətinin tərkibində yaşadığımıza görə bu adət indiyə kimi davam edir. Məzar daşında mərhumun adı və soy adı yazıldı kifayət edir. İslam dini ümumiyyətlə dəbdəbəni və israfçılığı qadağan edir. Məzar daşının qoyulmasında məqsəd məzarın kimə aid olduğunu bilməkdir. Bu baxımdan Xalq artisti Fuad Poladovun vəsiyyəti tam islama uyğundur. Bir çox islam ölkələrində məzara adi daş qoyurlar.

Xatırladaq ki, Xalq artisti Fuad Poladov həyat yoldaşına vəsiyyət edərkən bildirib ki, onun məzar daşına şəkili vurulmasın.

Vasif Əlihüseyn

Buna da bax...

Azərbaycan ordusu Naxçıvan istiqamətində irəliləyərək böyük ərazini nəzarətə götürüb – Düşmən təşvişdə

Azərbaycan ordusu bu günlərdə Ermənistanla sərhədin Naxçıvan istiqamətində neytral zona boyu irəliləyərək böyük ərazini nəzarətə …