Baş səhifə / Dünya / Rus “Pansır”ı İsrail raketini niyə dəf etmədi? – VİDEO

Rus “Pansır”ı İsrail raketini niyə dəf etmədi? – VİDEO

İsrail Suriyanın “Pansır-C1” kompleksi üzərində “qələbəsi” ilə fəxr etməməlidir.

Oxu.az “HCH”ya istinadən xəbər verir ki, bunu Rusiya hərbi hava qüvvələrinin xüsusi təyinatlı zenit-raket qoşunlarının keçmiş komandiri Serqey Xatılyov bildirib.

Ekspertin sözlərinə görə, İsrail raketi zenit-raket top kompleksinə tuş gələn zaman, o işlək vəziyyətdə deyildi, ona təhkim olunmuş şəxsi heyət isə 15-20 metr aralıda dayanmışdı.

Xatılyov əmin edir ki, bunu peykdən çəkilmiş görüntü də isbat edir.

“Hərbi maşın yerdəyişmə vəziyyətində idi, yəni o, səfərbər olunsa da, aparatları işə salınmamışdı. Təbii ki, belə olan halda, “Pansır”ın raketi dəf etməsi mümkünsüzdür” , – deyə ekspert bildirib.

Ekspertin sözlərinə görə, kompleks beş dəqiqə ərzində istiqamətini dəyişə yəni dönə bilir, yüksək gərginlik isə iki dəqiqədən sonra əldə olunur.

“Pansır” düzgün mövqedə və işlə vəziyyətdə olsaydı, belə alçaq yüksəklikdə aşağı sürətlə uçan hədəfi 12-18 kilometr məsafədən məhv edərdi. Mən buna zəmanət verirəm, çünki şəxsən özüm bu kompleksin sınaqlarında iştirak etmişəm”, – deyə Xatılyov bildirib.

Buna da bax...

Paşinyan Baş Qərargah rəisini qovdu

Ermənistan baş naziri Nikol Paşinyan prezident Armen Sarkisyana Silahlı Qüvvələrin baş qərargah rəisi Movses Akopyanı …