Baş səhifə / Dünya / Paşinyan Putinlə görüşdü+VİDEO

Paşinyan Putinlə görüşdü+VİDEO

Ermənistanın yeni baş naziri Nikol Paşinyan bu gün paytaxt Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Moderator24.com xəbər verir ki, bu haqda düşmən mediası məlumat yayıb.

Görüşdə Putin Paşinyanı baş nazir seçilməsinə görə bir daha təbrik edib.

Görüş zamanı Putin Ermənistanla iqtisadi əməkdaşlığa davam edəcəklərini, hətta bu əməkdaşlığın güclənməsinə çalışacaqlarını deyib:

“Sizə yeni hökumət postunda uğurlar arzulayıram. Ümid edirəm ki, bizim əlaqələrimiz bundan sonra da inkişaf edəcək”.

Rusiyalı lider bildirib ki, Moskva Ermənistanı regionda “yaxın tərəfdaşı və müttəfiqi” kimi görür. Bu tərəfdaşlığa iqtisadi əlaqələr və təhlükəsizlik məsələləri də daxildir.

Vasif Əlihüseyn

Buna da bax...

Deputatın İsveçrədə faciəvi şəkildə ölən oğlu ilə bağlı yeni faktlar

Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun dünən İsveçrədə qış turizm mərkəzində xizək sürərkən vəfat …