Baş səhifə / Dünya / Dünyanın ən yaşlı qadını danışdı: “Həyatım boyu tək bir xoşbəxt gün yaşamamışam”

Dünyanın ən yaşlı qadını danışdı: “Həyatım boyu tək bir xoşbəxt gün yaşamamışam”

Rusiyaya bağlı Çeçenistan Respublikasında yaşayan dünyanın ən yaşlı qadını “128 ildir tək bir xoşbəxt günüm olmadı” deyərək ürəkləri dağlayıb.

Moderator24.com xəbər verir ki, Rusiya tərəfindən şəxsiyyəti təsdiq edilən dünyanın ən yaşlı qadının tam olaraq 128 yaşı var.

Rekordun sahibi Çeçenyada bir kənddə yaşayır. Istambulova adlı qadın keçdiyimiz günlərdə qısa müsahibə verərək həyatından məmun olmadığını deyib.

“Hayatımda tək bir xoşbəxt gün keçirməmişəm” – deyən qadın hər zaman çox çalışdığını və artıq yorulduğunu deyib. Istambulova “Uzun yaşamaq mənə tanrının bir ərməğanı deyil cəzasıdır” deyib.

Hayatda qalan son övladını da 5 il əvvəl 104 yaşında itirən qadın uzun yaşamağına dair heç bir sirri olmadığını, qıcqırmış süd içməyi sevdiyini və ət ilə şorbanı heç vaxt yemədiyini deyib.

“İdman edən, xüsusi şeylər yeyən, özlərini formada saxlamağa çalışan insanlar görürəm, ancaq mən xüsusi heç bir şey etmədim və necə bu yaşa gəlmişəm, heç bilmirəm” deyən Istambulova Rus Vətəndaş Müharibəsindən, İkinci Dünya Müharibəsindən və iki Çeçen müharibəsindən sağ xilas olduğunu da bildirib.

Kamran

Buna da bax...

Emin Ağalarov Azərbaycanın “Xalq artisti” oldu

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, müğənni …