Baş səhifə / Cəmiyyət / Nazir Ürək Mərkəzini deputatdan aldı

Nazir Ürək Mərkəzini deputatdan aldı

Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.

Bu barədə səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.

Xəbəri Rəşad Mahmudovun özü “BakuPost”-a təsdiqləyib.

Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib. Müqavilənin müddəti artırılmadığına görə onun işinə xitam verilib.

Qeyd edək ki, Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü olan Rəşad Mahmudov son aylar səhiyyə naziri vəzifəsinə iddialı şəxs kimi təqdim edilib.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi” ötən ilin may ayında yaradılıb.

Mərkəzə həmin gündən Rəşad Mahmudov rəhbərlik edib.

Buna da bax...

Bakı metrosunda növbəti geyim qalmaqalı – Müdaxilə edən şəxs döyüldü – VİDEO

Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb. Moderator24.com Minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də …