Baş səhifə / Cəmiyyət / Ermənistan vətəndaşı ağ bayraqla Azərbaycana keçmək istədi

Ermənistan vətəndaşı ağ bayraqla Azərbaycana keçmək istədi

Ermənistanın Tavuş vilayətinin sərhəd kəndi Verin Karmiraxbyurun 1975 təvəllüdlü sakini sərhədi keçməyə cəhd edib.

Bunun üçün o öz ağ köynəyindən bayraq kimi istifadə etmək istəyib.

İnformasiyaya əsasən, hadisə mayın 1-də olub, amma bu cəhdin qarşısı erməni sərhədçiləri tərəfindən alınıb.

Məlumata görə, sərhədi keçməyə çalışan şəxs Rusiyada hərbi məktəbdə oxuyub. Onun uzun illər Qazaxıstanda yaşadığı və həm Ermənistan, həm də Qazaxıstan vətəndaşlığına sahib olduğu, hətta orada iki uşağının qaldığı bildirilir.

O, Verin Karmiraxbyurda təxminən bir yarım ay əvvəl qayıdıb. Orada onun anası yaşayır.

Adı açıqlanmayan şəxsin Azərbaycana qaçmaq istəyinin səbəbi də ortaya çıxıb. Başını götürüb ölkəsindən qaçan 43 yaşlı vətəndaş guya “Qarabağın ermənilərə aid olduğunu sübut edən sənədləri Azərbaycana vermək istəyirmiş”.

Verin Karmiraxbyurdan verilən informasiyaya əsasən, böyük ehtimalla həmin şəxsdə psixi pozğunluq var.

Onun işi ilə Milli Təhlükəsizlik Xidməti və hərbi polis məşğul olub. 12 və ya 13 mayda o, Qazaxıstana uçmaq istəyib, amma Yerevan aeroportunda aviabileti cırıb və kəndə qayıdıb.(virtualaz.org)

Buna da bax...

Bakı metrosunda növbəti geyim qalmaqalı – Müdaxilə edən şəxs döyüldü – VİDEO

Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb. Moderator24.com Minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də …