Baş səhifə / Cəmiyyət / Kəlbəcərin kəndində belə bir icma mərkəzi açıldı-Fotolar

Kəlbəcərin kəndində belə bir icma mərkəzi açıldı-Fotolar

25 ildən çoxdur ki, işğal altında qalan Kəlbəcər rayonunun”Hetavan” adlandırılmış Qozlu körpü kəndində icma mərkəzi binasının açılışı olub.

Moderator24.com xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. İkimərtəbəli bina Ümumerməni “Hayastan” fondunun Fransa şöbəsi və qondarma separatçı-terrorçu rejimin maliyyə dəstəyi hesabına tikilib. Açılış mərasimində qondarma rejimin “dövlət naziri” hesab edilən Araik Arutyunyan iştirak edib.

Kəndin “icra nümayəndəsi”nin sözlərinə görə, ikimərtəbəli çoxfunksiyalı binada kəndin inzibati rəhbərliyi, iclas zalı, kitabxana, kompüter zalı və s. yerləşdiriləcəkdir. Bina mebellə təchiz edilmiş, istilik və havalandırma sisteminə malikdir.

Qeyd edək ki, 1992-1993-cü illərdəki döyüşlərdə Azərbaycanın neçə-neçə igid oğlunun uğrunda şəhid olduğu Qozlu körpü kəndi Ağdərə-Göyçə(Vardenis) yolu üzərində yerləşdiyindən separatçı rejim üçün turizm cəhətindən də əhəmiyyətli məntəqədir…

P.S…

Sultan Laçın

Buna da bax...

Əsgərovun qardaşı istefasından danışdı: “Nifrət olunası sistem…”

Uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat …