Baş səhifə / Dünya / “Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” 21-ci dəfə Türkiyə çempionu oldu

“Qalatasaray” klubu futbol üzrə Türkiyə çempionatının 34-cü turunda “Göztəpə” üzərində qələbə qazanaraq (1:0) ölkə çempionu olub.

Report” xəbər verir ki, matçda yeganə qolu qonaqların fransalı hücumçusu Bafetimbi Qomis penaltidən vurub.

“Qalatasaray” 72 xal yığaraq Türkiyə çempionatının yekun turnir cədvəlində “Fənərbağça” və “İstanbul Başakşehir”i 3 xal qabaqlayıb.

Fatih Terimin komandası ölkə birinciliyində 21-ci dəfə qalib olmaqla çempion titulu üzrə rekordunu yaxşılaşdırıb.

“Fənərbaxça”nın 19, “Beşiktaş”ın isə 15 titulu var.

Buna da bax...

Yeni “iPhone” smartfonlarının zərbəyə davamlılığı yoxlanıldı – VİDEO

“Apple” şirkətinin istehsal etdiyi “iPhone” Xs и Xs Max smartfonlarının zərbəyə davamlılığı yoxlanılıb. Oxu.az xəbər …