Baş səhifə / Cəmiyyət / Cəbhədən acı xəbər: Şəhidimiz var

Cəbhədən acı xəbər: Şəhidimiz var

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Nazirliyin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyib.

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında birbaşa bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri dayanır və onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur: “Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq”.

Buna da bax...

Adnan Oktar cinayətində yeni detallar – Azərbaycan vasitəsilə…

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən …