Baş səhifə / Cəmiyyət / “Axırıncı dəfə Adillə danışanda ailəsini soruşdu…” – 4 bacının şəhid qardaşının son sözü – FOTOLAR

“Axırıncı dəfə Adillə danışanda ailəsini soruşdu…” – 4 bacının şəhid qardaşının son sözü – FOTOLAR

“Axırıncı dəfə Adillə Novruz bayramında danışmışdım”.

Bu sözləri big.az -a açıqlamasında bu gün şəhid olan əsgərimiz Adilin dostu Elçin Qəmbərov deyib. O bildirib ki, Adil bacarıqlı oğlan olub:

“Sonuncu dəfə Adillə ötən ilin aprel ayında görüşmüşdüm. Kəndi, ailəsini soruşdu. Bu il bayramda isə axırıncı telefon danışığımız olub. O bacarıqlı idi, bir neçə dəfə məktəb üzrə hərbi şahin oyunlarında, rayon turnirlərində, həmçinin həndbol üzrə bir neçə dəfə çempion olub. Biz Adillə fəxr edirik, inşallah qardaşımızın qanını yerdə qoymayacağıq”.

Qeyd edək ki, şəhid Adil Tatarov 28 yanvar 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində dünyaya göz açıb.

O, Qıraq Kəsəmən kənd tam orta məktəbi bitirdikdən sonra 2017-ci ilin aprelində hərbi xidmətə yollanıb.

Dörd bacının qardaşı olan şəhidimiz ailənin yeganə oğul övladı olub.

Allah rəhmət eləsin!

Buna da bax...

“Rusiya artıq Odessanı da ələ keçirdi…”-Ukrayna deputatı

Rusiya nəşri:”Qədim rus şəhəri tədricən təmizlənir…” “İndi Odessada baş verənlər yalnız Rusiyanın şəhəri tam miqyasda …