Baş səhifə / Cəmiyyət / Bakıda kafedə partlayış: İki ölü – YENİLƏNİB

Bakıda kafedə partlayış: İki ölü – YENİLƏNİB

Bakıda, Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə partlayış baş verib.

Partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.

15:52

Bakıda kafedə partlayış olub.

Hadisə Binəqədi rayonunda, “Elit” ticarət mərkəzinin yaxınlığındakı avtomobil ehtiyat hissələrinin satıldığı bazarda yerləşən kafedə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub. Xəsarət alanlar var.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.(Oxu.az)

Buna da bax...

Bakı metrosunda növbəti geyim qalmaqalı – Müdaxilə edən şəxs döyüldü – VİDEO

Bakı metrosunda növbəti dəfə qalmaqal yaşanıb. Moderator24.com Minval.info-ya istinadən xəbər verir ki, bu dəfə də …