Baş səhifə / Cəmiyyət / Ermənistan hərbi təyyarələri Azərbaycan üzərindən uçdu

Ermənistan hərbi təyyarələri Azərbaycan üzərindən uçdu

Ermənistan Müdafiə Nazirliyi mayın 14-19 tarixlərində işğal olunmuş ərazilərdə keçirilmiş hərbi təlimlərin nəticələrini açıqlayıb.

Moderator24.com “oxu.az” saytına istinadən xəbər verir ki, təlimlərdə cənub istiqamətində (Füzuli-Xocavənd) hərbi aviasiyadan istifadə olunub.

Üç mərhələdən ibarət təlimlər Qarabağın cənubundakı poliqonlardan birində keçirilib. Hərbi təlimlərin mövzusu düşmənin qəfil hücumunun qarşısının alınması, qoşunların döyüş hazırlığına gətirilməsi və müdafiə əməliyyatlarının keçirilməsi olub.

Təlimlərin təfərrüatı və istifadə edilən aviasiya tipləri açıqlanmır. Əgər erməni tərəfi, həqiqətən də, hərbi aviasiyadan istifadə edibsə, ehtimal etmək olar ki, Ermənistan hərbi təyyarələri cəbhə xəttinin yaxınlığından uçub.

Bu addım münaqişənin gərginləşdirilməsinə yönəlib və son günlər Ermənistan tərəfindən cəbhə xəttində törədilən təxribatın tərkib hissəsidir.

Buna da bax...

Tələbələr dəhşətli qəzaya düşdü: ölənlər var – FOTO/VİDEO

Rusiyanın Krasnoyarsk vilayətində çox sayda insanın həlak olduğu ağır yol hadisəsi baş verib. Teleqraf.com Rusiya …