Baş səhifə / Dünya / Türkiyədə 104 hərbçi ömürlük həbs olundu

Türkiyədə 104 hərbçi ömürlük həbs olundu

Türkiyənin İzmir şəhər məhkəməsi 2016-cı ilin iyul hadisələri (dövlət çevrilişinə cəhd) ilə bağlı iş üzrə 104 nəfəri ömürlük azadlıqdan məhrum edib.

Bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Ən ağır cəzanı alan müttəhimlər ölkə konstitusiyasını pozmaqda, Fətullah Gülənin terrorçu qruplaşmasına üzv olmaqda təqsirli bilinib. Onların arasında yüksək çinli zabitlərin yer aldığı bildirilir.

Ömürlük həbs alanlardan savayı, 21 nəfər qiyam zamanı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana qarşı sui-qəsd cəhdinə görə 20 il azadlıqdan məhrum edilib.(oxu.az)

Buna da bax...

Müdafiə sənayesi naziri vəfat etdi

Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib. APA-nın məlumatına görə, məlumatı mərhum nazirin ailəsinə …