Baş səhifə / Cəmiyyət / Şəhid olan əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olundu

Şəhid olan əsgərimiz “Şücaətə görə” medalı ilə təltif olundu

Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov “Şücaətə görə” medalı ilə təltif olunub.

APA-nın məlumatına görə, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.

Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …