Baş səhifə / Cəmiyyət / “Hər küçədən keçənlə işim olmaz, ailəmi dağıda bilməyəcəklər” – Şəbnəm od püskürdü

“Hər küçədən keçənlə işim olmaz, ailəmi dağıda bilməyəcəklər” – Şəbnəm od püskürdü

Müğənni Şəbnəm Tovuzlu ilə Vəfa Şərifova arasında qalmaqal yaşanıb. Ş.Tovuzlunun şəxsi həyatına müdaxilə edən müğənniyə xanım ifaçıdan cavab gecikməyib.

Ş.Tovuzlu şərəf və ləyaqətin alçaldılmasının və şəxsi həyata müdaxilənin məsuliyyətə cəlb olunduğunu əsas gətirərək bildirib ki, bundan sonra onun haqqında artıq-əskik danışanlar haqqında müvafiq addım atacaq:

“Mənim gözəl ailəm var. Həyat yoldaşım, uşaqlarım var. Kimsə hansısa üsullarla ailəmi dağıtmaq istəyirsə, bunu bacarmayacaq. Getsin, öz həyatını yaşasın. Düşmənini başqa yerdə axtarsın. Məndən ona düşmən olmaz. Həmin qadının dedikləri ağ yalandan başqa bir şey deyildir. Nə ixtiyarı var ki, haqqımda yalan məlumatlar yayır? Yəqin adımdan istifadə edib özünü reklam etdirmək fikri var. Amma alınmayacaq. Ayıbdır, hər küçədən keçən qadın mənim adımı çəkir. Bu qadından niyə soruşmursunuz ki, niyə çönüb kim olduğunu xatırlamırsan? Mən həmin adını belə çəkmək istəmədiyim qadının tayı deyiləm. Burdan ona demək istəyirəm ki, sən kimsən ki mənimlə söz-söhbət yaradırsan? Bu günə qədər susmuşamsa, bil ki, öz abrımdan susmuşam. Hər kəs hər şeyi gözəl bilir. Bu Orucluq günündə ailəmi dağıtmaq istəyənləri Allaha tapşırıram. Hər kəs öz işi ilə məşğul olsun, mənim həyatıma qarışmasın”.(big.az)

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …