Baş səhifə / Dünya / Fahişəliyə məcbur edilən qadın sevgilisini öldürdü: İylənməsin deyə cəsədin yanına ventilyator qoydu

Fahişəliyə məcbur edilən qadın sevgilisini öldürdü: İylənməsin deyə cəsədin yanına ventilyator qoydu

Qırğızıstandan Türkiyəyə işləmək üçün gələn qadın sevgilisi ilə Konyada yaşamağa başlayıb. Bir neçə gün öncə evə içkili vəziyyətdə gələn sevgilisi qadını doyüb və aralarında mübahisə başlayıb.

Sevgilisinin yatdığını görən qadın onu əvvəlcə boğub və cəsədi iylənməsin deyə yanına ventilyator qurğusu qoyub.

Moderator24.com xəbər verir ki, Kayseridə xalasının evində tutulan qadına 25 il həbs cəzası verilib.

Qətlə yetirilən, bir lift firmasının ortağı olan Muhammed Başakın böyük qardaşı, qardaşından xəbər almayınca yaşadığı evə gedib. Qapını döysə də, açan olmayıb. O çilingər çağırıb. İçəri girdikdə qardaşını adyala bürünmüş və hərəkətsiz halda tapıb. Tez nəbzini yoxlayıb və onun öldüyü məlum olub.

Polisin işi araşdırmasından sonra məlum olub ki, o şarpla boğulub. Bundan sonra evdə axtarış edən polis mərhumun yaşadığı qadın, Bakturovaya məxsus not dəftərində bir ünvana rast gəlib. Beləliklə cinayətkar qadın Konyada, xalasının evində həbs olunub.

Kanzada Bakturova sorğulanmaq üçün Konya Polis Şöbəsi Hüquq Mühafizə Ofisinə gətirilib. Qadının izahatından məlum olub ki, o iş adı ilə Konyaya gətirilmiş və burada fahişəlik etməyə məcbur edilib:

“Mən Qırğızıstanda bir oteldə işləyirdim. Türkiyədə daha yaxşı şərtlərlə işləməyin mümkün olduğunu söyləyən bir nəfərə inanıb mən və bir yoldaşım da buraya gəldik. Sonra həmin şəxs bizi borcumuzu ödəmək üçün bu işlərə cəlb etdi. Məhəmməd Başakla da burada tanış oldum. Aramızda münasibət yarandı və mən borcumu ödədikdən sonra onunla birlikdə Konyada yaşamağa başladım. Əvvəlcə hər şey qaydasında idi. Sonralar o tez-tez içməyə və məni döyməyə başladı. Hadisə baş verən gün də içkili idi və məni döydü. Yatdıqdan sonra əvvəllər birlikdə olduğum Hüseyin Şəkərə zəng edib özümü öldürmək istədiyimi dedim. O isə “özünü niyə, onu öldür” dedi və mən hadisəni törətdim. Çox peşmanam, hər şeyi özüm etdim.”

Konya 5-ci Ağır Cinayətlər Məhkəməsi cinayəti törədən qadını 25 il, hadisəyə sövq edən şəxsi isə 12.5 il azadlıqdan məhrum edib.

Buna da bax...

ABŞ-ın hərbi hava qüvvələrinin şahı “havada qalıb”: F-35-lərə müştəri tapılmır…

ABŞ-ın hərbi hava qüvvələrinin şahı hesab edilən, ən müasir texnologiyalar əsasında istehsal edilən F-35 qırıcıları …