Baş səhifə / Cəmiyyət / BMT-nin rəsmi saytında separatçı ermənilərin “bəyannaməsi” yerləşdirildi!.. – Növbəti təxribat

BMT-nin rəsmi saytında separatçı ermənilərin “bəyannaməsi” yerləşdirildi!.. – Növbəti təxribat

BMT-nin rəsmi saytında Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu erməni rejiminin “memorandumu” yerləşdirilib.

Moderator.az xəbər verir ki, bu haqda qondarma rejimə məxsus nəşrlər məlumat yayıb. Beynəlxalq qanunlara və BMT nizamnaməsinə zidd olaraq dərc olunmuş sənəddə Qarabağ məsələsi haqda və Azərbaycanın haqlı mövqeyinə qarşı iftira və böhtanlarla dolu cümlələr yer alıb. Həmin bəyannaməyə bu linkdə baxmaq mümkündür: http://undocs.org/en/A/72/858

Azərbaycan XİN-dən hələki növbəti təxribat olayıyla bağlı açıqlama verilməyib.

Xatırladaq ki, bu, BMT-nin birinci belə əməli deyil. Bundan öncə- 2018-ci il martın 9-da təşkilatın rəsmi saytında qondarma “Dağlıq Qarabağ Respublikasının parlamenti”nin Sumqayıt hadisələrinin 30 illiyi ilə bağlı yaydığı “bəyanat” yerləşdirilmişdi.

Sultan Laçın

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …