Baş səhifə / Dünya / Paşınyan İrəvanda Rusiya hərbçilərinin, silah və texnikasının keçidini qəbul etdi-Video

Paşınyan İrəvanda Rusiya hərbçilərinin, silah və texnikasının keçidini qəbul etdi-Video

İrəvanın Sardarapat meydanında respublika günü münasibətilə keçirilmiş paradda son 26 ildə ilk dəfə rus hərbçiləri də iştirak edib.

Moderator24.com bu haqda Rusiya mediasına istinadla xəbər verir.

Paradı qəbul edən Baş nazir Paşinyanın önündən Ermənistan-Rusiya birgə hərbi qruplaşmasının tərkibində Rusiyanın 102-ci bazasının hərbçiləri də keçiblər. Paradda II Cahan savaşında istifadə edilmiş “Katyuşa”, Maksim adlı məşhur silahlarla yanaşı, “Toçka-U”, “Kornet”, “Smerç” və s. Rusiya silahları da nümayiş etdirilib. Bundan başqa tədbirdə erməni və rus hərbçilər “Böyük Vətən müharibəsi” dövründə səslənmiş məşhur rus xalq rəqslərini ifa ediblər. Paradda Xankəndindəki qondarma separatçı rejimin qanunsuz hərbi birləşmələri də iştirak edib.

Təqdim edilən video-görüntülər paradın mayın 26-da keçirilmiş repitisiyasındandır.

P.S. Qərbin adamı kimi təqdim edilən Paşinyanın Rusiya hərbçi və texnikasının paradını qəbul etməsi göstərir ki, yaxın gələcək Şimal qonşumuzun Ermənistandakı bazasını oradan çıxarması mümkün deyil.

Sultan Laçın

Buna da bax...

“Rusiya artıq Odessanı da ələ keçirdi…”-Ukrayna deputatı

Rusiya nəşri:”Qədim rus şəhəri tədricən təmizlənir…” “İndi Odessada baş verənlər yalnız Rusiyanın şəhəri tam miqyasda …