Baş səhifə / Flaş / Cənub Qaz Dəhlizinə ilk qaz vuruldu

Cənub Qaz Dəhlizinə ilk qaz vuruldu

Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasını bildirən açarı işə salıb.

Bununla da, Cənub Qaz Dəhlizində Trans-Anadolu Boru Kəmərinə (TANAP) qaz vurulmasına başlanıb.

İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə rəsmi tədbir keçiriləcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz Qaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir.

Dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.(oxu.az)

Buna da bax...

Yeni “iPhone” smartfonlarının zərbəyə davamlılığı yoxlanıldı – VİDEO

“Apple” şirkətinin istehsal etdiyi “iPhone” Xs и Xs Max smartfonlarının zərbəyə davamlılığı yoxlanılıb. Oxu.az xəbər …