Baş səhifə / Cəmiyyət / Xankəndində ermənilərin separatçı rejimə qarşı etiraz aksiyası davam edəcək…- Yeni video-görüntülər

Xankəndində ermənilərin separatçı rejimə qarşı etiraz aksiyası davam edəcək…- Yeni video-görüntülər

Moderator.az -ın dünən yaydığı xəbərdə deyildiyi kimi, iyunun 2-də Azərbaycanın 27-ci ildir işğa laltında qalan Xankəndi şəhərində təxminən 500-dən çox erməninin iştirakıyla etiraz mitinqi başlayıb.

Buna səbəb iki yerli sakinin xüsusi təyinatlılar tərəfindən döyülməsi olub. Qondarma separatçı rejimin “rəsmi” qurumlarının iyunun 2-i günün sonunda yaydığı məlumata görə, iyunun 1-i axşam saatlarında Xankəndinin Baqramyan küçəsində bir tərəfdən 2, digər tərəfdən 5 erməni gənc olmaqla münaqişə yaşanıb. Nəticədə aralarındakı iki nəfərin rejimin təhlükəsizlik əməkdaşı olduğu 5 nəfərlik qrup iki nəfərə ciddi xəsarətlər yetirib. Bundan sonra hadisəyə digər gənclər də qoşulub. Qarşıdurmayla bağlı 15 nəfər həbs edilib.Xüsusi təyinatlıların daxil olduğu qrup tərəfindən digər iki nəfərə xəsarətlər yetirməsi səbəbindən ertəsi gün –iyunun 2-də Xankəndinin mərkəzi prospektinə daha çox 50 yaşdan cavan 500-ə yaxın kişi toplaşaraq gənclərin döyülməsinə etiraz ediblər. Onlar xüsusi təynatlıların həbsini və Dağlıq Qarabağın bütün güc strukturları rəhbərlərinin istefasını tələb ediblər.

Etirazçılarla görüşə müxalifətçi “deputat”, “Milli dirçəliş” partiyasının lideri Hayk Xanumyan və Dağlıq Qarabağın “dövlət naziri” adlanan Araik Arutyunyan da gəlib. Etirazçılar və güc strukturları arasında vasitəçi kimi qondarma rejimin başçısı Bako Saakyan çıxış edib.

Moderator.az Rusiya mediasına istinadla yazır ki, saatlarla sürən danışıqlardan sonra dünən gecə etirazçılar evlərinə getməyə razılıq versələr də, tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə iyunun 3-də saat 9:30-dan etiraz aksiyasına davam edəcəklərini bildiriblər.

Təqdim edilən yeni video-yazının titrlərində etirazçıların erməni dilində danışıqlarının rus dilində tərcüməsi də verilib. Erməni dığa və axçiklər separatçı rejimin zülmündən kəskin şəkildə şikayət edirlər. Danışanlardan biri deyir ki, biz heç bir xüsusi təyinatlıdan, ordudan qorxmuruq. Bizi dəfələrlə sındırmağa cəhd ediblər. Bir qadın deyir ki, mən də qorxmuram, etiraz etdiyimə görə məni təhlükəsizlik xidmətinin zirzəmisində saxlayıblar…

P.S. 30 illiyi qeyd edilən qondarma, xarici güclər tərəfindən idarə olunan “azadlıq” hərəkatının sonunun belə olması təbiidir…

Sultan Laçın

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …