Baş səhifə / Cəmiyyət / 2017-ci ildə Rusiya Azərbaycan və Ermənistana hansı silahları idxal edib? – BMT HESABATI

2017-ci ildə Rusiya Azərbaycan və Ermənistana hansı silahları idxal edib? – BMT HESABATI

BMT-nin adi silahlara nəzarət reystrində 2017-ci ildə Rusiyanın müxtəlif ölkələrə silah ixracatı barədə məlumat dərc olunub.

Ordu.az xəbər verir ki, yayılan məlumatda keçən il Rusiyadan Azərbaycana 61 ədəd zirehli döyüş maşını, Ermənistana isə 6 ədəd iriçaplı artilleriya sisteminin ixrac edildiyi qeyd olunub.

Hesabatda ixrac edilən silah-sursat barədə detallı məlumat yoxdur.

Azərbaycana idxal edilən silah-sursat

Azərbaycana idxal edilən 61 ədəd piyada döyüş maşınlarının tərkibində, BTR-82A və BMP-3-lərin olduğu qeyd olunub. Qeyd edək ki, BMP-3 piyada döyüş maşınlarının çatdırılmasına dair Rusiya və Azərbaycan arasında 2010-cu ildə imzalanan müqavilənin dəyəri 220 mln. ABŞ dolları təşkil edib. 2013-cü ildə maşınların ilk partiyası Azərbaycana göndərilib.


Müqaviləyə görə Rusiya Azərbaycana 91 ədəd BMP-3 tədarük etməli idi. 2017-ci ilin avqust ayında “TASS”ın yaydığı məlumata görə, BMP-3-lərin tədarükü növbəti dəfə təxirə salınıb və bu tədarükün 2018-ci ildə həyata keçiriləcəyi bildirilirdi. Hazırda bu tədarükün nə zaman həyata keçirildiyi məlum deyil.


BTR-82A piyada döyüş maşınlarının çatdırılmasına gəldikdə isə, bu barədə məlumatlar 2017-ci ildə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı video və fotolardan məlum olub. Stokholm Beynəlxalq Sülh Tədqiqatı İnstitutunun (SIRPI) məlumatına görə, 2016-cı ildə 70 ədəd BTR-82A sifariş edilib. Nəticədə 2017-ci ildə Rusiyadan Azərbaycana 40 ədəd BTR-82A tədarük edilib.


Əlavə edək ki, 2017-ci ildə Rusiya Azərbaycana həmçinin TOS-1A “Solntsepyok” ağır odsaçan sistemlərinin modernləşdirilmiş raketlərini və “Xrizantema-S” tank əleyhinə raket sistemlərini tədarük edib. Rusiyanın Beynəlxalq silah ticarətinin təhlili mərkəzinin (ЦАМТО) verdiyi məlumata görə, Azərbaycan Rusiyadan 24 ədəd ağır artilleriya “TOS-1A” alıb.

Qeyd edək ki, Azərbaycan Ordusu aprel döyüşləri zamanı erməni işğalçılarının əks-hücumlarının qarşısını almaq üçün düşmənin hərbi obyektlərinə qarşı “TOS-1A” “Solntsepyok” ağır reaktiv odsaçanlardan istifadə edib.


SIRPI-nın yaydığı məlumata görə, 2017-ci ildə Azərbaycan Rusiyadan 40 ədəd BTR-82A və 24 ədəd “Xrizantema-S”, həmçinin “Xrizantema” üçün 800 ədəd raket alıb.

Ermənistana idxal edilən silah-sursat

BMT-nin reystrində yayılan məlumatda Ermənistana konkret olaraq hansı markalı iriçaplı artilleriya sistemlərinin satılması göstərilmir.

Lakin 12 mart 2018-ci ildə SIRPI-nın yaydığı hesabatda qeyd olunurdu ki, 2017-ci ildə Ermənistan 14 milyon dollarlıq silah idxal edib və idxal edilən silahların 100%-i Rusiyanın payına düşür.


– BM-9A52 markalı “Smerç” YARS (2016-cı ildə 6 ədəd idxal olunub, 2017-ci ildə idxal davam edir);
– Verba/SA-25 daşına bilən zenit raket kompleksi (200 ədəd 2016-2017-ci illərdə idxal olunub);
– 9M133 “Kornet” tank əleyhinə raket kompleksi;


Ermənistan “Verba-S”lərin əldə edilməsi barədə məlumatı 2017-ci ilin aprelində yayıb. Həmin vaxt qeyd olunurdu ki, Ermənistan tərəfi həmçinin “İqla-S” daşına bilən zenit raket kompleksləri də alıb. “Kornet”lərin əldə edilməsi barədə məlumat isə 2018-ci ildə məlum olub.

SIPRI-nın məlumatlarına görə, Ermənistan 2016-cı ildə Rusiyadan 110 milyon dollarlıq silah idxal edib. Beləliklə, 2017-ci ildə elan edilən hesabatda, 2016-cı ildə Ermənistana 79 milyon dollar dəyərində silah idxal edilməsi qeyd edilirdi. 2017-ci il üçün həmin məlumat yenilənərək rəqəmin 110 milyon dollara çatdığı bildirilirdi.

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …