Baş səhifə / Cəmiyyət / Bir vaxtlar nazir qəbuluna düşə bilməyən nazirlərimiz

Bir vaxtlar nazir qəbuluna düşə bilməyən nazirlərimiz

İlham Əliyevin növbəti 7 il üçün prezident seçilməsilə iqtidar komandasının tərkibi yeniləndi. Nazirlər Kabineti formalaşdırılarkən gənc və perspektivli kadrlara üstünlük verildi.

Əvvəlki komandada vətəndaşlarla yanaşı, parlamentin deputatlarını da narazı salan nazirlər, komitə rəhbərləri vardı. Dəfələrlə Milli Məclisin iclaslarında hansısa nazirin qəəbuluna düşə bilməyən deputatların narazılığı səsləndirilib. Hətta yeni təyinat alanlar, bir vaxtlar hansısa nazirin köməkçisilə belə əlaqə qurmaqda çətinlik çəkib. Aylarla nazirlərin qəbuluna düşə bilməyən vətəndaş süründürməçiliyindən isə hamımız haliyik. Bəs yeni nazirlər və komitə sədrlərinin bu istiqamətdə fəaliyyəti necə qurulacaq? Fəaliyyətə başladıqları qısa müddət ərzində onlar barədə ilkin təəssüratlar necədir?

Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirib ki, yeni təyinat alan nazirlər və komitə sədrləri fərqli dünyagörüşünə, fərqli düşüncə tərzinə malikdirlər:
“Onlar əvvəlki kolleqalarından fərqli olaraq, cəmiyyətə tamamilə açıqdılar. Onların bir neçəsinin parlamentdən çıxdığını nəzərə alsaq, dediklərimizi nə iləsə təsdiqləməyə ehtiyac qalmır. Çünki həmin şəxslər deputat olduqları müddətdə də hər zaman ictimaiyyətə, kütləvi informasiya vasitələrinə açıq olublar”.

F.Ağamalı bildirib ki, indi yüksək vəzifələrə təyin olunan şəxslərin özü də bir vaxtlar eks-nazirlərin qəbuluna düşməkdə çətinliklərlə qarşılaşıblar:

“Qeyd etdiyimiz laqeyid münasibət onlara qarşı da olub. Mən buna əminəm. Əlbəttə ki, yeni rəhbələr o cür münasibətin psixoloji ağırlığına məruz qalıblar. Mən əminəm ki, onlar heç zaman bu cür davranışları tətbiq etməzlər. Şəxsən mənim özüm yeni təyinatları ilə bağlı hər birini təbrik etmişəm. Həmin vaxt hamısının telefonları açıq idi. Və mən tamamilə əminəm ki, bu, hər zaman belə olacaq. Onlar fərqli iş metdou ilə millətimizə, dövlətimizə layiqincə xidmət edəcəklər”.

Buna da bax...

Yeni “iPhone” smartfonlarının zərbəyə davamlılığı yoxlanıldı – VİDEO

“Apple” şirkətinin istehsal etdiyi “iPhone” Xs и Xs Max smartfonlarının zərbəyə davamlılığı yoxlanılıb. Oxu.az xəbər …