Baş səhifə / Cəmiyyət / “Fazil Məmmədovun qabliyyəti çatırsa, məndən üzr istəsin…”

“Fazil Məmmədovun qabliyyəti çatırsa, məndən üzr istəsin…”

Tanınmış şair Saday Şəkərli iki il beş ay həbsdə qaldıqdan sonra ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxdı. Beş il müddətinə azadlıqdan məhrum edilən şairin həm özü, həm də vəkilləri qeyd etdi ki, o, keçmiş vergilər naziri Fazil Məmmədovun sifarişi ilə həbs edilib.

Moderator.az Saday Şəkərli ilə müsahibəni təqdim edir:

-Saday müəllim, həbsdən çıxdıqdan sonra Fazil Məmmədovla görüşmək fikriniz olubmu?

-Fazil Məmmədovla görüşmək fikrim qətiyyən olmayıb. Mən ona yox, ictimaiyyətə sözümü deyəcəm.

-Sizə qarşı tərəfdən keçmiş olsun-deyən oldumu?

-Xeyr. Gözləyirəm ki, onlar məndən üzr istəsinlər. Əgər onların buna qabliyyəti yoxdursa, kişilikləri çatmırsa, onlar kimsə buna məcbur etməlidir. Mənim haqqımı tapdalayıblar.

-Siz həbsdə olan vaxtı Fazil Məmmədov nazir postundan uzaqlaşdırıldı. Onda hansı hissləri keçirdiniz?

-Məni Fazil Məmmədovun nazir postunda qalıb-qalamağı maraqlandırmayıb. Məni maraqlandıran dövlət orqanlarının bu məsələyə münasibəti olub. Hansı haqla əlinizdə heç bir əsas olmadan məni həbs edirsiniz və Fazil Məmmədovun sifarişini yerinə yetirirsiniz?! Bu ölkədə qanunlar işmləmir, yoxsa kimi istəyirsən onu həbs etmək olar?! Mən buna etiraz edirəm. Mən Fazillə qisasçılıq hissi ilə yaşamıram. Özünün qabliyyəti varsa, səhv etmiş hüquqşunaslarının kişilikləri çatırsa, məndən üzr istəməlidirlər.

-Səhhətinizdə problemlər olduğunu bilirik. İndi özünüzü necə hiss edirsiniz?

-Şəhərə ilk dəfə bu gün çıxmışam və ilk olaraq Şəhidlər Xiyabanına gəlmişəm. Qəhrəman şəhidlərimizi ziyarət edirəm. Ağrılarım var, dərmanla qalıram. Burdan da evə qayıdacam.

Vasif Əlihüseyn

Buna da bax...

Yeni “iPhone” smartfonlarının zərbəyə davamlılığı yoxlanıldı – VİDEO

“Apple” şirkətinin istehsal etdiyi “iPhone” Xs и Xs Max smartfonlarının zərbəyə davamlılığı yoxlanılıb. Oxu.az xəbər …