Baş səhifə / Cəmiyyət / Afaq Aslan Bakıya gələn sevgilisi Lotu Quli ilə görüşdü?

Afaq Aslan Bakıya gələn sevgilisi Lotu Quli ilə görüşdü?

Xəbər verdiyimiz kimi, məşhur kriminal avtoritet və müğənni Afaq Aslanın sevgilisi olduğu iddia edilən Nadir Səlifov (Lotu Quli) Bakıya gəlib.
Afaq Aslan Publika.az-a qısa müsahibəsində sevgilisi haqqında danışıb.

– Necəsiniz? İşləriniz necə gedir?

– Yaxşıyam, şükür Allaha işlərim də qaydasındadır. Ramazan ayından sonra yeni layihələrimi təqdim edəcəyəm.

– Sirr deyilsə, hansı yeniliklər olacaq?

– Yeni lirik bir mahnı üzərində çalışıram, həmçinin maraqlı fotosessiyalar olacaq.

– Ənənənizə sadiq qalaraq bu dəfə də hər kəsi təəccübləndirəcəksiniz?

– 100 faiz! Bu dəfə insanları elə təəccübləndirəcəm ki, uzun müddət unudulmayacaq. Möhtəşəm fotolar olacaq.

– Mahnı seçimində əsas nəyə diqqət edirsiniz?

– Mahnının effektli alınması üçün musiqi də, sözlər də önəmli faktordur. Çalışıram ki, ilk notlardan mahnı həm məni, həm də dinləyicini özünə çəksin. Mahnı məni özünə çəkməyəndə, oxuya bilmirəm.

– Yayı tətilini harada keçirməyi planlaşdırırsınız?

– Çox güman ki, Antalya və ya Bodruma yollanacam.

– Tək istirahət edəcəksiniz, yoxsa sevdiyiniz insanla?

– Yəqin ki, sevdiyim insanla birlikdə.

– Sevgiliniz olduğu deyilən Lotu Qulinin Bakıda olduğu iddia edilir. Artıq görüşmüşünüz?

– Görüş iki insan arasında olan gizli məsələdir və bu barədə danışmaq istəmirəm.

– Lotu Quli ilə sizin sevgili olduğunuz haqqında saytlarda çoxlu xəbərlər gedib. Siz isə israrla bunu gizli saxlamağa çalışırsınız. Sevgilinizin kimliyini gizli saxlamaqda məqsəd və ya səbəb nədir? O, buna etiraz edir?

– Yox, sadəcə şəxsi həyatımı gündəmə gətirmək istəmirəm.

– Amma şəxsi həyatınız bu və ya digər şəkildə gündəmə gəlir. Çıxan xəbərlər və insanların haqqınızda danışması əhvalınıza təsir göstərir?

– Sənətə yeni başladığım vaxtlarda əhvalıma təsir edirdi, narahat olurdum ki, niyə mənim barəmdə bu cür xəbərlər yayılır. Amma artıq alışmışam, başa düşürəm ki, diqqət mərkəzindəsənsə və ictimai insansansa, haqqında hər şey yaza bilərlər və bütün bunlara hazırlıqlı olmalısan. Nəticə etibarilə insanların səndən danışması normaldır.

– Türkiyəyə köçüb orada yaşamaq qərarınız nə oldu? Fikriniz qətiləşdi?

– Hələ ki, planda var. Hər şey Allahın əlindədir, qismət…

– Münasibətdə olduğunuz şəxsin adını açıqlamasanız da, ona qarşı olan hisslərinizi hər fürsətdə dilə gətirirsiniz. Bəs ailə qurmağı düşünürsünüz?

– Ailə qurmaqla bağlı heç bir planım yoxdur, karyeramla məşğulam. Ümumiyyətlə, ailə qurmaq arzusunda deyiləm.

– Bəs Afaq Aslan bu gün özünə nə arzulayır, həyatdan nə istəyir.

– Sevdiyim insanların yanımda olması mənim üçün ən böyük mükafatdır. Əsas odur ki, canları sağlam olsun və Allah məni doğmalarımla sınağa çəkməsin.

– Gələcəkdə həyatınızdakı şəxslə ailə qursanız, onda da kimliyini gizli saxlayacaqsınız?

– Yəqin ki, onda sirr saxlamaram.

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …