Baş səhifə / Flaş / Erməni kəşfiyyatçı Naxçıvandakı əməliyyatlar barədə: “Müharibə hazırlığı həyata keçirilə bilər”

Erməni kəşfiyyatçı Naxçıvandakı əməliyyatlar barədə: “Müharibə hazırlığı həyata keçirilə bilər”

Naxçıvan istiqamətində Azərbacanın işğal altında olan torpaqlarının bir hissəsini azad etməsi diqqət mərkəzində qalmaqda davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda ilk kəşfiyyat dəstəsini yaradan Vova Vartanov qüvvələrimizin azad edilən ərazilərdə çox səmərəli mühəndis işləri həyata keçirdiklərini bildirib.

“Türklər (azərbaycanlılar nəzərdə tutulur-red) vaxtilə bizim edərək, sevindiyimiz fəaliyyəti həyata keçiriblər. Bizimkilər mane olanadək, onlar sözügedən ərazidə möhkəmlənə biliblər. Adi silahlarla atış məsafəsi yetərli deyil, ancaq iriçaplı silahlarla mümkündür. Müharibə üzün müddətli olduğuna görə, gah onlar, gah da biz zərbə vururuq. Qoşunların yedəyişməsi daim baş verir. Növbəti dəfə təlim adı altında qoşunların yerdəyişməsi və müharibə hazırlığı həyata keçirilə bilər”, – deyə o qeyd edib.

O, erməni cəmiyyətini eşşəyin qulağında yatan cəmiyyət olaraq qiymətləndirib və müdafiə sahəsində görüləcək işlərin çox olduğunu bildirib: “Hakimiyyətin təhlükəsizlik və müdafiə sahəsində çox görüləcək işləri var. Yeni hökumət ilk növbədə hücum və müdafiə imkanlarını nəzərdən keçirməlidir. Orduda xidmət edən vətəndaşların siyahısına yenidən baxılmalı və qadınlar da orduya hazırlığa cəlb edilməlidir. Ordu quruculuğu sahəsində görüləcək işlər həddindən artıq çoxdur”.

Keçmiş erməni kəşfiyyatçı qeyd edib ki, Naxçıvan istiqamətində mövqelərin azad edilməsi Qarabağ müharibəsinə təsir edəcək.

“Türklər, 2016-ci il döyüşlərində Ermənistandan Qarabağa böyük yardım çatdırlıdığını başa düşüblər. Türklər anladı ki, Ermənistandan gələn iki təminat qovşağını, Vardenis-Ağdərə və Gorus-Xankəndi yollarını kəsməsə, Qarabağda ildırım sürətli (bliskriq) ilə qalib gələ bilməyəcəklər. Bu onlar üçün çox vacibdir”, – deyə o vurğulayıb.

Buna da bax...

Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib – FOTOLAR

Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib. Moderator.az-ın məlumatına görə, dəfn mərasimi …